Qurbanlıq heyvan kəsməyib onun dəyərində pul yardımı etmək olar? AÇIQLAMA
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qurban kəsməyib, həmin heyvanın dəyərində məbləği yoxsullara, imkansızlara pul, ərzaq şəklində vermək olmaz.
Bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
Sədr müavini bildirib ki, şəriətdə İsmayıl qurbanı mütləq heyvan olaraq alınmalı, kəsilməli və ət şəklində paylanmalıdır.
"Başqa formada o qurbanı, onun pulunu bölmək, paylamaq olmaz.
Mütləq heyvan kəsilməli və ət şəklində ehtiyacı olanlara paylanmalıdır", - deyə F.Nurullayev əlavə edib.
Xatırladaq ki, daha öncə Qurban bayramında hansı heyvanların kəsilməsi barədə yazı dərc etmişik.
Qeyd edək ki, bu il iyunun 6-7-si Azərbaycanda Qurban bayramı qeyd olunur.
Tam oxu
Xəbəri oxu