Qurbanlıq heyvan kəsməyib onun dəyərində pul yardımı etmək olar? AÇIQLAMA
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qurban kəsməyib, həmin heyvanın dəyərində məbləği yoxsullara, imkansızlara pul, ərzaq şəklində vermək olmaz.
Bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
Sədr müavini bildirib ki, şəriətdə İsmayıl qurbanı mütləq heyvan olaraq alınmalı, kəsilməli və ət şəklində paylanmalıdır.
"Başqa formada o qurbanı, onun pulunu bölmək, paylamaq olmaz. Mütləq heyvan kəsilməli və ət şəklində ehtiyacı olanlara paylanmalıdır", - deyə F.Nurullayev əlavə edib.
Xatırladaq ki, daha öncə Qurban bayramında hansı heyvanların kəsilməsi barədə yazı dərc etmişik.
Qeyd edək ki, bu il iyunun 6-7-si Azərbaycanda Qurban bayramı qeyd olunur.
Milli.Az
Bu mövzuda digər xəbərlər:Kreditlə qurbanlıq heyvan almaq olarmı? AÇIQLAMA
02 İyun 2025 12:22
Qurbanlıq heyvan qaçdı
05 İyun 2025 17:54
Qurbanlıq üçün hansı heyvanlar kəsilməlidir? AÇIQLAMA
03 İyun 2025 12:46
134 ünvanda qurbanlıq heyvan satılacaq
13 May 2026 12:10
Qurbanlıq heyvan almaq çətinləşir? QİYMƏTLƏR
25 May 2026 20:35
Baxış sayı:161
Bu xəbər 07 İyun 2025 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















