Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Elm adamları sübut edib ki, ürək-damar sağlamlığını qorumaq üçün təkcə hər gün addımlamaq deyil, həftəlik ümumi aktivlik daha vacibdir..." Uzun illərdir sağlam həyat tərzindən danışarkən "gündə 10 min addım" qaydası demək olar ki, dəyişməz bir norma kimi qəbul olunur.
Lakin Harvard Universitetinin və ABŞ-ın Mass General Brigham tibb sisteminin alimləri bu inancı sarsıdan nəticələr əldə edib.
Moderator.az xəbər verir ki, bu barədə "euronews.com" nəşri məlumat yayıb.
Hər gün yox, amma müntəzəm olaraq 4000 addım bəs edir "British Journal of Sports Medicine"-də dərc edilən yeni tədqiqata görə, xüsusilə yaşlı qadınlar üçün sağlam ürəyin açarı gündəlik çoxlu hərəkət deyil, ümumi həftəlik addım sayıdır.
Tədqiqatda iştirak edən 13 547 qadının orta yaşı 71 olub. Onlara xüsusi addımsayar cihazları verilib və alimlər onların fiziki aktivliyini t
Nəticələr göstərib ki, həftədə cəmi bir-iki dəfə 4000 addım atan qadınlarda ölüm riski 26 faiz, ürək-damar xəstəlikləri riski isə 27 faiz az
Əgər bu temp üç gün davam etdirilibsə, nəticə daha da təsirli olub: ümumi ölüm ehtimalı 40 faiz, ürək xəstəliyi riski isə 27 faiz aşağı düşü