Şəbəkə marketlərinin kiçik və orta bizneslərə təsiri, beynəlxalq təcrübə: inkişaf və imkanlar
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun genişləndirilməsi və yerli istehsalın gücləndirilməsi mühüm yer tutur.
Bu baxımdan, şəbəkə marketlərinin rolu təkcə istehlakçıların gündəlik tələbatını qarşılamaqla məhdudlaşmır, eyni zamanda yerli istehsalçılar üçün geniş bazar imkanları yaradır.
Pərakəndə sektorun güclənməsi kiçik və orta sahibkarların məhsullarını daha geniş auditoriyaya çatdırmasına, kənd təsərrüfatı və emal sənayesinin inkişafına və bütövlükdə, ölkə iqtisadiyyatının böyüməsinə şərait yaradır.
Yerli istehsalın təşviqi eyni zamanda işsizlik səviyyəsinin azaldılmasına və iqtisadiyyatın şaxələndirilməsinə də kömək edir.
Şəbəkə marketləri kiçik və orta sahibkarlar üçün etibarlı satış kanalı rolunu oynayır.
Əgər əvvəllər yerli istehsalçılar öz məhsullarını daha çox bazarlarda və kiçik mağazalarda satışa çıxarırdılarsa, indi böyük marketlər onlara yeni imkanlar təqdim edir.
Xüsusilə, kənd təsərrüfatı məhsullarının istehsalçıdan birbaşa marketlərə çatdırılması vasitəçi sayını azaldır və məhsulların maya dəyərini optimallaşdırır.
Tam oxu
Xəbəri oxu