Icma.az
close
up
RU
Şəbəkə marketlərinin kiçik və orta bizneslərə təsiri, beynəlxalq təcrübə: inkişaf və imkanlar

Şəbəkə marketlərinin kiçik və orta bizneslərə təsiri, beynəlxalq təcrübə: inkişaf və imkanlar

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun genişləndirilməsi və yerli istehsalın gücləndirilməsi mühüm yer tutur. Bu baxımdan, şəbəkə marketlərinin rolu təkcə istehlakçıların gündəlik tələbatını qarşılamaqla məhdudlaşmır, eyni zamanda yerli istehsalçılar üçün geniş bazar imkanları yaradır. Pərakəndə sektorun güclənməsi kiçik və orta sahibkarların məhsullarını daha geniş auditoriyaya çatdırmasına, kənd təsərrüfatı və emal sənayesinin inkişafına və bütövlükdə, ölkə iqtisadiyyatının böyüməsinə şərait yaradır. Yerli istehsalın təşviqi eyni zamanda işsizlik səviyyəsinin azaldılmasına və iqtisadiyyatın şaxələndirilməsinə də kömək edir. Şəbəkə marketləri kiçik və orta sahibkarlar üçün etibarlı satış kanalı rolunu oynayır. Əgər əvvəllər yerli istehsalçılar öz məhsullarını daha çox bazarlarda və kiçik mağazalarda satışa çıxarırdılarsa, indi böyük marketlər onlara yeni imkanlar təqdim edir. Xüsusilə, kənd təsərrüfatı məhsullarının istehsalçıdan birbaşa marketlərə çatdırılması vasitəçi sayını azaldır və məhsulların maya dəyərini optimallaşdırır. Bu, həm istehsalçılar üçün daha çox qazanc əldə etmək imkanı yaradır, həm də istehlakçılar üçün daha keyfiyyətli və sərfəli məhsulların əlçatanlığını artırır. Bu proses eyni zamanda istehsalın intensivləşməsinə və təchizat zəncirinin daha səmərəli idarə edilməsinə imkan verir.

Beynəlxalq təcrübə də göstərir ki, şəbəkə marketlərinin yerli istehsalın inkişafında rolu olduqca böyükdür. Məsələn, Fransada Carrefour və Auchan kimi iri marketlər kənd təsərrüfatı istehsalçıları üçün xüsusi bölmələr ayıraraq onların məhsullarını təşviq edir. ABŞ-də Walmart "Local Supplier" proqramı vasitəsilə kiçik biznesləri öz təchizat zəncirinə daxil edərək onların geniş alıcı kütləsinə çıxmasını təmin edir. Bu, sadəcə yerli istehsalçıları təşviq etmək deyil, həm də məhsulun keyfiyyətinin yüksəlməsinə və istehsalçıların rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Türkiyədə isə BİM və A101 kimi marketlər yerli istehsalçılarla uzunmüddətli əməkdaşlıq quraraq onları daimi tədarükçü qismində cəlb edir. Bu əməkdaşlıqlar təkcə bazar güclərini deyil, həm də iqtisadi inkişafı sürətləndirir, yerli istehsalçıların uzunmüddətli maliyyə stabilik əldə etmələrinə imkan yaradır. Bu modelin Azərbaycanda da geniş tətbiqi vacibdir. Ölkəmizdə şəbəkə marketlərinin fəaliyyəti kənd təsərrüfatı və yüngül sənaye məhsullarının istehsalını artırmaq üçün böyük potensiala malikdir. Dövlət tərəfindən sahibkarlara dəstək proqramları, vergi güzəştləri və maliyyələşdirmə mexanizmləri tətbiq edildikcə, şəbəkə marketlərinin yerli istehsalçıları dəstəkləməsi daha məqsədəuyğun olacaq. Məsələn, müasir logistika infrastrukturu və tədarük zəncirləri yerli istehsalçılara daha əlverişli şərait yaradır. Bu, həmçinin şəbəkə marketlərinin vergi ödəyiciləri olaraq iqtisadiyyata töhfəsini artırır. Yerli istehsalın stimullaşdırılması həm də ərzaq təhlükəsizliyinin gücləndirilməsinə səbəb olacaq.

Şəbəkə marketləri yalnız istehsalçı və istehlakçı arasında vasitəçilik funksiyasını yerinə yetirmir, həm də məşğulluq bazarına mühüm təsir göstərir. Bu sahə minlərlə insan üçün yeni iş yerləri yaradır. Xüsusilə, qadınlar və gənclər üçün satış, logistika və marketinq sahələrində geniş imkanlar mövcuddur. Həmçinin, şəbəkə marketlərindəki yeni iş yerləri yüksək gəlir əldə etmək üçün insanları daha keyfiyyətli iş şəraitinə və müasir iş metodlarına yönəldir. Marketlərdə satılan məhsulların keyfiyyətinə nəzarət dövlət qurumları tərəfindən daha effektiv şəkildə həyata keçirilir, bu da istehlakçı məmnuniyyətinin artmasına səbəb olur. Gələcəkdə şəbəkə marketləri və yerli istehsalçılar arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi vacibdir. Marketlər şəbəkəsinin kiçik və orta sahibkarlara verdiyi dəstəyi artırmaq üçün dövlət və özəl sektor arasında koordinasiya gücləndirilməlidir. Bunu etmək üçün bizneslərə xüsusi təşviq proqramları, yerli məhsulların təşviqi üçün əlavə mexanizmlər tətbiq oluna bilər. Xarici təcrübədə olduğu kimi bu təşviqlər istehsalçıların bazara çıxışını asanlaşdıra və onların beynəlxalq bazarlara inteqrasiyasına da kömək edə bilər. Şəbəkə marketlərinin yerli istehsal ilə əlaqələrini gücləndirərək ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etmək mümkündür.

Ümumilikdə, şəbəkə marketlərinin inkişafı təkcə pərakəndə ticarət sektorunu deyil, bütövlükdə ölkə iqtisadiyyatını gücləndirən əsas amillərdən biridir. Bu sahənin strateji inkişafı yerli sahibkarların bazara inteqrasiyasını artıracaq, iqtisadiyyatın şaxələndirilməsinə töhfə verəcək və istehlakçıların daha keyfiyyətli məhsullara çıxışını təmin edəcək.

Günel Hüseynli

Yazı Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin "Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 07 Aprel 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri