Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Norveçin Trondheim yaxınlığındakı Byneset bölgəsində yaşayan Yohan Helberq cümə axşamı səhər saat 5 radələrində gözlərini açanda qarşısında nəhəng konteyner gəmisi görüb.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, sahilə çıxan 135 metr uzunluğundakı yük gəmisi Helberqin evinin bir neçə metrliyində dayanıb.
Helberq hadisədən qonşusu təlaş içində onun qapısını döyəndə xəbər tutub.
Helberq Norveç TV2-yə həmin anları belə təsvir edib: “Günün həmin vaxtı qapını açmaq istəmədim, amma qapının zəngi ardıcıl çalınanda pəncərəyə tərəf getdim.
Böyük bir gəmi gördüm. Tam hündürlüyünü görmək üçün boynumu bükməli oldum. Bu sürreal mənzərə idi", - deyə o qeyd edib.
Qonşusu Jostein Jorgensen, bütün sürətlə sahilə yaxınlaşan gəminin səsinə oyandığını və sürətlə Helberqin evinə qaçdığını söyləyib.
“Helberqin artıq çöldə olduğunu düşündüm, amma evdə həyat əlaməti yox idi. Qapının zəngini bir neçə dəfə basdım, cavab vermədm.