Icma.az
close
up
RU
Səhər gözlərini açdı və bağçasında nəhəng konteyner gəmisi gördü

Səhər gözlərini açdı və bağçasında nəhəng konteyner gəmisi gördü

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Norveçin Trondheim yaxınlığındakı Byneset bölgəsində yaşayan Yohan Helberq cümə axşamı səhər saat 5 radələrində gözlərini açanda qarşısında nəhəng konteyner gəmisi görüb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, sahilə çıxan 135 metr uzunluğundakı yük gəmisi Helberqin evinin bir neçə metrliyində dayanıb.

Helberq hadisədən qonşusu təlaş içində onun qapısını döyəndə xəbər tutub. Helberq Norveç TV2-yə həmin anları belə təsvir edib: “Günün həmin vaxtı qapını açmaq istəmədim, amma qapının zəngi ardıcıl çalınanda pəncərəyə tərəf getdim. Böyük bir gəmi gördüm. Tam hündürlüyünü görmək üçün boynumu bükməli oldum. Bu sürreal mənzərə idi", - deyə o qeyd edib.

Qonşusu Jostein Jorgensen, bütün sürətlə sahilə yaxınlaşan gəminin səsinə oyandığını və sürətlə Helberqin evinə qaçdığını söyləyib.

“Helberqin artıq çöldə olduğunu düşündüm, amma evdə həyat əlaməti yox idi. Qapının zəngini bir neçə dəfə basdım, cavab vermədm. Nəhayət ki, telefonla zəng edərək işin öhdəsindən gəldim”, - deyə bildirib.

O qeyd edib ki, Kipr bayrağı altında üzən “NCL Salten” yük gəmisi insident zamanı Trondheim Fjord vasitəsilə cənub-qərbə, Orkangerə doğru gedirmiş. Göyərtidə 16 ekipaj üzvü olub və insident zamanı xəsarət alan olmayıb.

Qəzanın səbəbi hələlik məlum deyil; Norveç polisi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Yohan Helberq təəccübünü bu sözlərlə yekunlaşdırıb: “O, çox böyük qonşudur, lakin tezliklə gedəcək”.

Mətbuatın yazdığına görə, həmin gəmi 2023-cü ildə quruya çıxsa da, həmin vaxt öz vasitələri ilə xilas ola bilib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 May 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri