Icma.az bildirir, Sia Az saytına əsaslanaraq. "Uşaqlıq və gənclik dövrlərində yaşadığımız travmalar, həyatımıza düşündüyümüzdən daha çox ist
Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib.
Onun sözlərinə görə, xüsusilə peşə seçimi – yəni kim olmaq, hansı sahədə işləmək istədiyimiz – bu travmalarla birbaşa və ya dolayı yolla əlaqəli ola bilər: "Bəs bu əlaqə necə yaranır?
Travma dedikdə yalnız fiziki və ya böyük emosional sarsıntılar nəzərdə tutulmur.
Bəzən diqqətsizlik, sevilməmək hissi, davamlı tənqid olunmaq kimi “görünməyən” travmalar da insanın iç dünyasında dərin iz buraxa bilər.
Belə hallar insanın özünüqiymətləndirməsinə, bacarıqlarına və gələcək gözləntilərinə təsir edir.
Məsələn, uşaqlıqda heç vaxt eşidilməyən bir uşaq, böyüyəndə psixoloq, müəllim, vəkil və ya jurnalist ola bilər – çünki içində bir səssiz missiya formalaşır: "Mən başqalarını eşidəcəyəm", "Mən kömək edəcəyəm".
Yaxud, daim təhlükə hissi ilə yaşayan biri sabahın daha proqnozlaşdırıla bilən olduğu peşələrə – mühasibat, hüquq, idarəçilik kimi sahələrə yönələ bilər.