“Yuxarı Lars” yenə bağlandı: Erməni maşınları sərhəddə qaldı
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Yuxarı Lars” beynəlxalq buraxılış məntəqəsi vasitəsilə Gürcüstandan Rusiyaya gedən yol bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi məlumat verib.
“Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qar uçqunu riski yüksəkdir.
Bu baxımdan bütün növ avtomobillər üçün həmin hissədən keçid qadağandır.
Hazırda erməni yük maşınları sərhəddə gözləyir”, – məlumatda deyilir.
Xatırladaq ki, Yuxarı Lars keçid məntəqəsindən gedən yol hazırda Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru marşrutdur.
Müşviq Tofiqoğlu Globalinfo.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu