“Yuxarı Lars” yenə bağlandı: Erməni maşınları sərhəddə qaldı
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Yuxarı Lars” beynəlxalq buraxılış məntəqəsi vasitəsilə Gürcüstandan Rusiyaya gedən yol bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi məlumat verib.
“Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qar uçqunu riski yüksəkdir. Bu baxımdan bütün növ avtomobillər üçün həmin hissədən keçid qadağandır. Hazırda erməni yük maşınları sərhəddə gözləyir”, – məlumatda deyilir.
Xatırladaq ki, Yuxarı Lars keçid məntəqəsindən gedən yol hazırda Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru marşrutdur.
Müşviq Tofiqoğlu
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:Yuxarı Lars yenə bağlandı: Yüzlərlə erməni maşını sərhəddə qaldı
26 Noyabr 2024 20:23
Yuxarı Lars yenə bağlandı: Minə yaxın erməni maşını sərhəddə qaldı
01 Dekabr 2024 22:29
Yuxarı Lars yük maşınları üçün bağlandı
07 Dekabr 2025 20:37
Yuxarı Lars yenidən bağlandı
19 Yanvar 2025 20:24
Baxış sayı:134
Bu xəbər 13 Dekabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















