Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır. Futbol üzrə Azərbaycan milli komandası uzun müddətdir uğursuz çıxışı ilə diqqət çəkir.
Millimiz aylardır qələbə üzünə həsrət qalıb. Yeni baş məşqçi Fernandu Santuş da bu uğursuz gedişata əngəl ola bilmədi.
Əksinə, yığmamız onun rəhbərliyi altında tarixinin ən pis dönəmlərindən birini keçirir.
Təbii ki, futbolçularımız da bu vəziyyətə görə ciddi məsuliyyət daşıyırlar. Çünki meydanda nəticə əldə edən birbaşa onlardır.
Bu səbəbdən də futbolçularımız da son zamanlar daim təndiq hədəfindədirlər.
Maraqlıdır, hazırda millimizdə çıxış edən futbolçuların dəyəri nə qədərdir?
“Cebheinfo.az” bununla bağlı “Transfermarkt” saytındakı rəqəmlərə əsasən araşdırma aparıb. İlk növbədə qapıçılarla başlayaq.
Şahruddin Məmmədəliyev və Aydın Bayramovun dəyəri 700 min avrodur. Rza Cəfərov isə 200 min avrodur.