Icma.az
close
up
RU
Zəif millinin bahalı futbolçuları

Zəif millinin bahalı futbolçuları

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Futbol üzrə Azərbaycan milli komandası uzun müddətdir uğursuz çıxışı ilə diqqət çəkir. 

Millimiz aylardır qələbə üzünə həsrət qalıb. Yeni baş məşqçi Fernandu Santuş da bu uğursuz gedişata əngəl ola bilmədi. Əksinə, yığmamız onun rəhbərliyi altında tarixinin ən pis dönəmlərindən birini keçirir. Təbii ki, futbolçularımız da bu vəziyyətə görə ciddi məsuliyyət daşıyırlar. 

Çünki meydanda nəticə əldə edən birbaşa onlardır. Bu səbəbdən də futbolçularımız da son zamanlar daim təndiq hədəfindədirlər. Maraqlıdır, hazırda millimizdə çıxış edən futbolçuların dəyəri nə qədərdir? 

“Cebheinfo.az” bununla bağlı “Transfermarkt” saytındakı rəqəmlərə əsasən araşdırma aparıb. 

İlk növbədə qapıçılarla başlayaq. Şahruddin Məmmədəliyev və Aydın Bayramovun dəyəri 700 min avrodur. Rza Cəfərov isə 200 min avrodur. Müdafiə bölgəmizin ən bahalı futbolçusu 1,2 milyon avro ilə Elvin Cəfərquliyevdir. 

Onu 800 min avro ilə Bəhlul Mustafazadə izləyir. Elvin Bədəlov 650, Abbas Hüseynov 600, Zamiq Əliyev 350, Cəlal Hüseynov və Rəhman Daşdəmirov 250, Mert Çelik isə 200 min avro dəyərində qiymətləndirilir. Yarımmüdafiə xəttində isə Toral Bayramov 1,5 milyon avro transfer dəyəri ilə ön palana çıxır. Səbuhi Abdullazadə də 900 avro kimi yüksək dəyərə malik futbolçularımızdandır. 

Emin Mahmudov və Ceyhun Nuriyev 600, İsmayıl İbrahimli və Anatoli Nuriyev 500, Rauf Rüstəmli 250, Şahin Şahniyarov da 150 min avro dəyərindədir. Hücumumuz da milyonluq futbolçulardan formalaşır. Belə ki, son zamanların yüksələn ulduzlarından olan Nəriman Axundzadə 2 milyon avro ilə millimizin ən bahalı futbolçusu ünvanına sahibdir. 

Mahir Emreli də 1 milyon avro dəyərindədir. Digər forvardlarımızdan Renat Dadaşov 900, Musa Qurbanlı 750, Xəyal Əliyev isə 400 min avro dəyərə malikdir. 

Bu qədər bahalı bir heyətin sadəcə bərbad oyunla yadda qalması təəssüf doğurur... 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan Futbol Milli Yığma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 İyul 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri