Icma.az
close
up
RU
13 ildir övlad həsrəti çəkən ana yardım diləyir: Onun həyatda qalması üçün dəstəyə ehtiyacımız var

13 ildir övlad həsrəti çəkən ana yardım diləyir: Onun həyatda qalması üçün dəstəyə ehtiyacımız var

18 günlük körpənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Yasəmən Qarayeva məlumat verib.

O bildirib ki, övladı 18 gün əvvəl 28 həftəlik olarkən doğulub:

"Murad 18 gün əvvəl dünyaya gəlib. Mən 13 il övlad həsrəti çəkmişəm, illərlə ağır müalicələrdən sonra Murada hamilə qaldım. Hamiləliyim çox çətin və ağır keçib. 28 həftəlik hamilə olarkən həkim mütləq uşağı götürməli olduğumuzu dedi. Murad 1.3 kiloqram ağırlığında dünyaya gəldi. 14 gün küvəzdə qaldı".

Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:

"Muradın çəkisi az olduğu üçün həyatda qalması çox çətin idi. İnanın bu 14 gündə bəlkə də 5000 manatdan çox pul xərcləmişik onu həyatda tuta bilmək üçün. Çəkisi cəmi 200 qram artıb. Həkim müalicələri və qidasını düzgün edə bilsək, həkim onun vəziyyətinin yaxşıya doğru gedəcəyini deyir. Hazırda müalicələri davam etdirə bilmək üçün 3 000 manata ehtiyacımız var. Murad burun yolu ilə qidalanır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 329-77-59.

"Uni Bank": 5243 7544 4718 1999.

seeBaxış sayı:43
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri