Icma.az
close
up
RU
Əfqan Sadıqov Tbilisi təcridxanasında quru aclıq aksiyasına başlayıb

Əfqan Sadıqov Tbilisi təcridxanasında quru aclıq aksiyasına başlayıb

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


“Azel” TV saytının rəhbəri, Azərbaycana ekstradisiya məqsədilə Gürcüstanda həbs olunmuş Əfqan Sadıqov fevralın 2-dən quru aclıq aksiyasına başlayıb. Bu barədə “Turan”-a onun xanımı Sevinc Sadıqova bildirib. Fevralın 2-də o, Əfqan Sadıqov ilə telefonla danışıb.
Reyting.az
xəbər verir ki, 136 sutkadır aclıq edən Əfqan Sadıqov fevralın 2-dən su və dərman qəbulundan da imtina edib. Xanımı ondan quru aclıqdan imtina etməsini xahiş edib. "Ancaq Əfqan dedi ki, quru aclığı axıradək davam etdirəcək. Onun sağlamlıq durumu çox ağırdır. Quru aclığa keçəndə 42 kiloqram çəki itirib”, - Sevinc Sadıqova deyib.
“Əfqan siyasi sifarişlə həbs edilib. Gürcüstan hakimiyyəti Bakının sifarişini icra edir. Yanvarın 31-də onu sübh tezdən aparıblar məhkəməyə, məhkəmə saat 15:00-da başlayıb. Bu, Gürcüstan hakimiyyətinin ona qarşı münasibətini bir daha nümayiş etdirib. 130 gündən çox aclıq edən adama əziyyət vermək olarmı? Əfqan təcridxanadan kitab istəyib, verməyiblər ki, Azərbaycan dilində kitab yoxdur. Vəkili Azərbaycan dilində kitab aparıb, o kitabı da vermirlər”, - deyə Sadıqova əlavə edib.
Hazırda Sadıqova üç uşaqla birlikdə üçüncü ölkədədir və orada Gürcüstan səfirliyinin qarşısında aksiya keçirmək niyyətindədir.
Xatırladaq ki, Əfqan Sadıqov təqiblərdən ehtiyat edərək 2023-cü ilin dekabrında ailəsilə birlikdə Gürcüstana gedib. İyulda onu Gürcüstandan Türkiyəyə buraxmayıblar və deyiblər ki, ancaq Azərbaycana qayıda bilər.
Avqustda Azərbaycanın sorğusu əsasında Sadıqov həbs edilib. Bakıda onu hədə yoluyla tələb etməkdə ittiham edirlər və ekstradisiyasını tələb edirlər. Həbs olunmasına və ona sığınacaq verilməsindən imtina edilməsinə etiraz edərək sentyabrın 21-dən aclıq edir. Gürcüstan hakimiyyəti Əfqan Sadıqova siyasi sığınacaq verməkdən imtina edib.
Noyabrın 28-də Tbilisi Şəhər Məhkəməsi Sadıqovun Azərbaycana ekstradisiyası barədə qərar qəbul edib. Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi bu qərarı təsdiqləyib. Yanvarın 31-də Tbilisi məhkəməsi Əfqan Sadıqovun həbs müddətini daha üç ay uzadıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://reyting.az
archiveBu xəbər 03 Fevral 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri