Azərbaycan Memarlıq və İnşaat Universitetinin tenderi və kotirovka sorğuları ləğv edildi
Icma.az, Pravda.az portalına istinadən məlumat verir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 tenderi və 5 kotirovka sorğusu ləğv edilib.
Pravda.az-ın xəbərinə görə, qərarları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Tenderin və kotirovka sorğularının toplam dəyəri 137 500 AZN olub.
Buraya qazanxanaların təmiri, abadlaşdırma, məqalələrin xəbər portalında yerləşdirilməsi və s. daxildir.
Cabir

Memarlıq və İnşaat Universitetinin liftləri niyə teztez DAYANIR? AÇIQLAMA
10 Dekabr 2024 15:26
Memarlıq və İnşaat Universitetinin yeni korpusu tikiləcək Yeni Çağ Media
21 Noyabr 2024 21:00
Memarlıq və İnşaat Universitetinin liftləri niyə teztez DAYANIR? Rəsmi AÇIQLAMA
10 Dekabr 2024 13:01
Memarlıq və İnşaat Universitetinin liftləri niyə teztez dayanır? Rəsmi AÇIQLAMA
10 Dekabr 2024 13:30

