Icma.az
close
up
RU

AVTO Radio 107.7 FM

Avto Radio — 3 oktyabr 2013-cü il tarixində Avto FM adı ilə fəaliyyətə başlayıb 1 sentyabr 2016-cı il tarixində Avto Radio adı ilə yayımlanan radio kanalıdır. Milli Televiziya və Radio Şurasının 2 aprel 2013-ci il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

ANS ÇM Radio

1994-cü ilin mayın 28-də Azərbaycanın müstəqilliyi günündə "ANS ÇM" radiostansiyası efirə çıxdı. Radio stansiyaya Vahid və Seyfulla Mustafayevlərin qardaşı Çingiz Mustafayevin adı verilib. ANS ÇM Radiosunun həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir.

Media FM Radio 105.5 FM

"Media FM" Radiostansiyası "Digital Media" MMC tərəfindən 2008-ci ildə təsis edilib. 2009-cu ilin fevralından efir yayımına başlayan radio, hal-hazırda ölkənin 77%-dən çox ərazisində eşidilir. Hal-hazırda internet yayım üçün fəaliyyət göstərən mediafm.az saytı sayəsində isə ilin radiosunu bütün dünyada eşitmək olur.

TMB Radio 100.5 FM

"Bürc FM" Radiosu 14 fevral 1998-ci il tarixdə yaradılmışdır. 25 iyun 1998-ci il tarixdən Bakı şəhəri və onun ətrafında yayımlanır. "Bürc FM" Radiosu 100.5 FM dalğasında yayımlanır. Milli Televiziya və Radio Şurasının 02 sentyabr 2011-ci il tarixli qərarı ilə "Burc FM LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır. Radio 2016-cı ildə "Bürc FM" adından imtina edərək "100.5 FM" adını alıb.

Azad Azərbaycan Radio 106.3 FM

"Azad Azərbaycan" radiosu 28 may 1998-ci ildən fəaliyyət göstərir. Təsisçisi "Azad Azərbaycan" Teleradio Yayımı şirkətidir. "Azad Azərbaycan" radiosu 106.3 MHz FM tezliyində, AzərSpace 46 11175 MHz H 27500kbt yayımlanır. Gün ərzində 24 saat yayımlanın radionun verilişləri dünya azərbaycanlıları və azərbaycan dilini bilən dinləyicilər üçün nəzərdə tutulmuşdur.

İctimai Radio 90 FM

İctimai Radio — Azərbaycanda fəaliyyət göstərən radiostansiya. İctimai Radionun yayımı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən bütün ölkə üzrə həyata keçirilir və Abşeron Yarımadasında 90 FM tezliyində yayımlanır. Radio Azərbaycan dilində fəaliyyət göstərir. Yayımın əhəmiyyətli hissəsini azərbaycanlı musiqiçilərin əsərləri təşkil edir.

106 FM Radio 106 FM

«106.00 FM» Radiosu 5 mart 1999-cu il tarixdə «Azad Azərbaycan» Teleradio Kompaniyası tərəfindən yaradılmışdır. «106.00 FM» Radiosunun əsas məqsəd və vəzifələri musiqi, şou xəbər və tok–şou proqramları hazırlamaqdır. «106.00 FM» MHz yayım tezliyində 24 saat ərzində fəaliyyət göstərir. Milli Televiziya və Radio Şurasının 30 sentyabr 2011-ci il tarixli qərarı ilə «Azad Azərbaycan» Teleradio Kompaniyasının radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır.

Radio Enerji 101.1 FM

Radio Enerji Bakı şəhərində 101.1 FM tezliyində yayımlanır və müxtəlif kontentlər təqdim edir, o cümlədən danışıq proqramları və pop musiqi. Onun efiri rəsmi saytında enerjifm.az və digər onlayn platformalarda mövcuddur.

Ağdam radio

Ağdam Radiosu - Ağdam Tv Media Agentliyinin tərkibində fəaliyyət göstərən radiodur. Məqsədimiz Milli muasir pop və milli Qarabağ musiqisinin çalarlarını sizlərə çatdırmaqdır. Radio Ağdamda musiqilər dinləməklə yanaşı gün ərzində baş verənlərin xəbər icmalınıda dinləyə bilərsiniz.

Vətən Radio 92.3 FM

"OYMH" Televiziya və Radio Yayınları Şirkəti 1.09.2009-cu ildə fəaliyyətə başlamışdır.

Araz Radio 103.3 FM

ARAZ FM – 4 aprel 2011-ci il tarixində fəaliyyətə başlayıb, 103.3. MHz tezliyində yayımlanır. Milli Televiziya və Radio Şurasının 18 yanvar 2011-ci il tarixli qərarı ilə “ARAZ” MMC-yə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

Araz Market Radio

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi ölkənin ən böyük pərakəndə satış şirkətlərindən biridir. Azərbaycan istehlakçısına supermarketdə alış-verişin üstünlüklərini aşılamaq, daha keyfiyyətli xidmət göstərmək üçün fəaliyyətə başlayan “Araz” əhalini yüksək keyfiyyətli, sərfəli qiymətlə qida və qeyri-qida məhsulları ilə fasiləsiz təmin edir. Müştərilərin məmnuniyyətini və rəğbətini qazanaraq sürətli inkişaf yolunu seçən “Araz” supermarketlər şəbəkəsi “Siz harada, “Araz” orada" şüarı ilə 2011-ci ildə 4 filialla xidmətə başlayıb.

Bravo Market Radio

Supermarketlər şəbəkəsi ilk dəfə 2017-ci ildə Bakının Nərimanov rayonunda yerləşən "Gənclik Mall" ticarət mərkəzində fəaliyyətə başlayıb. 2020-ci ildən "Ticarət şəbəkələrinin inkişafı" İctimai Birliyinin üzvüdür. Supermarket şəbəkəsindəki ərzaq məhsullarının 90 faizindən çoxu yerli məhsullardır.

Azərbaycan Radio 105 FM

Şərqdə ilk radio olan Azərbaycan Radiosu ilk dəfə 6 noyabr 1926-cı ildə "Diqqət, danışır Bakı" sözləri ilə yayımlanıb. Həmin gündən ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan eşidilən qeybdən gələn səs insanları özünə bağlayıb. Bu Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Bu gün Müstəqil Azərbaycanın həm də dünyadakı tərcümanı, sülhsevər Vətənimizin təmsilçisinə çevrilən Azərbaycan Radiosu haqlı olaraq, "Səsli salnamə" adlandırılır. Azərbaycan Radiosunu FM-105 və ölkəboyu yayımlandığımız digər tezliklərdən 24 saat fasiləsiz olaraq dinləmək imkanımız var. İctimai–siyasi proqramlar

Day.Az Radio

Интернет-портал Day.Az – один из лидеров азербайджанского интернет-пространства как по посещаемости, так и по количеству предоставляемых читателям возможностей. Day.Az основан в 2003 году в Азербайджане, освещает новости Каспийского региона, Южного Кавказа и Центральной Азии. За последние годы сайт Day.Az технологически обновился в соответствии с последними мировыми тенденциями. На базе сайта создан многофункциональный портал, который до сих пор остается единственным в Азербайджане.

Yurd FM 90.7 FM

Yurd FM radiosu, Azərbaycan xalq musiqisi, muğam, mahnı, təsnif, instrumental musiqi, aşıq musiqisi və milli rəqs musiqisi formatında fəaliyyət göstərir. Bu əsərlər həm Azərbaycan musiqisi korifeylərinin, həm də müasir sənətkarların ifasında dinləyici auditoriyasına təqdim olunur. Radionun əsas məqsədi Azərbaycan xalq musiqi janrlarının gənc nəsil tərəfindən dinlənilməsi və sevilməsi işinə tövhə vermək, müasir xalq musiqisi ifaçılarının yaradıcılığını radio efirində geniş təbliğ etməkdir.

VIVA FM Radio Azərbaycan

Viva FM Radio (Azərbaycan)

Xezer Radio 103 FM

Milli Televiziya və Radio Şurasının 14 sentyabr 2007-ci il tarixi qərarı ilə “Xəzər TV” MMC-yə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir. “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 №-li Fərmanının 5.1-ci bəndinə əsasən lisenziyalar müddətsiz hesab edilmişdir. Açılışı 2016-cı ildə baş tutan yeni inzibati binada “Xəzər FM” müasir avadanlıq, efir və montaj otaqları ilə təmin olunmuşdur.

Anti Radio

Anti Radio - ənənəvi radionun əksi mövqeyində reklamsız, yenilikçi, müxtəlif janrlarda musiqilərin 7/24 non-stop musiqi yayımlayan Azərbaycan lokasiyalı onlayn radiodur.

Kəpəz FM 93.3 FM

"Kəpəz" FM — mərkəzi Gəncə şəhərində olan radio kanalı. Kəpəz FM 5 fevral 2013-cü il tarixində yayıma başlamışdır. Kəpəz FM radiosu Gəncə və Gəncə ətrafı rayonlarda 93.3 MHz, Qazax, Tovuz və Ağstafa rayonlarında isə 102.7 MHz tezliyində yayımlanır. Həmçinin radionu Azerspace-1 peykindən və rəsmi saytından (www.kepezfm.az) da dinləmək olar. Peykdəki yayım tezliyi bunlardır: 11024 , Polyarizasiya: (V), FEC: 5/6, Symbol rate: 12698 Milli Televiziya və Radio Şurasının 21 dekabr 2012-ci il tarxili qərarına əsasən "Kəpəz Müstəqil Teleradio Şirkəti" MMC-yə Gəncə və ətraf ərazilərdə regional radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

Asan Radio 100 FM

ASAN Radio — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən radio. 24 dekabr 2015-ci il tarixində 100.0 MHz tezliyində Bakı və Abşeron ərazisində sınaq yayımına başlayıb. Radionun direktoru Emin Musəvidir. ASAN Radio Azərbaycan dilində yayımlanır.

AUTO LIFE RADIO

AutoLife Radio — это прогрессивное интернет радио, основанное 19-го июня 2013 года в Азербайджане. Основной процент слушателей составляет русскоязычная аудитория со всего мира.

Real FM Radio 107 FM

Ən son və dəqiq xəbərlər, maraqlı şoular, əyləncə dolu anlar və sevilən hit musiqilər – hamısı bir arada! Bizi dinləyin, həm məlumatlanın, həm də əylənin!