Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023cü il 30 dekabr tarixli 488 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI AZƏRTAC
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 488 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (II kitab), maddə 1823 (Cild I) ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.3-cü bəndə “yerli bölmələri” sözlərindən sonra “və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi” sözləri əlavə edilsin.
2. 4.1-ci bəndə “Agentliyinə” sözündən sonra “və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə” sözləri əlavə edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 26 ” “ dekabr ” 2024-cü il
№ 543