Icma.az
close
up
RU
Azərbaycanda icra məmuru institutu hüquqmühafizə orqanları arasında ən bərbadıdır Əkrəm Həsənov

Azərbaycanda icra məmuru institutu hüquqmühafizə orqanları arasında ən bərbadıdır Əkrəm Həsənov

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Məhkəmə qərarlarının icrası Ədliyyə Nazirliyindədir. Bu, Ədliyyə Nazirliyinin fəaliyyətinin ən vacib və ən əsas qoludur. Qanunvericilik, notariat, bələdiyyələr, azadlıqdan məhrumetmə müəssisələri və s., əlbəttə, bunlar da vacibdir. Amma ən vacibi məhkəmə qərarlarının icrasıdır, çünki istənilən cəmiyyətdə, dövlətdə qanunçuluğun, hüququn təminatının əsas institutu məhkəmədir. Məhkəmə qərar verdisə, amma bu qərar icra olunmursa, əyintilər varsa, belə məhkəmə kimə lazımdır? Məhkəmə özü üçün istənilən  qərarı versin. İcrada problem varsa, təbii ki, bu pis haldır. Dəfələrlə demişəm, indi də deyirəm, Azərbaycanda icra məmuru institutu, ümumiyyətlə, hüquq-mühafizə orqanları arasında ən bərbadıdır. Halbuki bunlar formal olaraq hüquq-mühafizə orqanı sayılmırlar, amma faktiki belə bir şeydir. Bir icra məmurunun icraatında, bəlkə də, yüzlərlə iş olur, çatdırmır. Bu, tamam başqa problemdir - çatdırmır, kadr yoxdur, maaş aşağıdır. Dövlət gərək bu problemləri həll etsin”. 

Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. 

“Bəzi təkliflər var ki, özəl icra məmuru institutlarını tətbiq etsinlər. Xaricdə belə şeylər var. Fakt budur ki, məhkəmə qərarı məmura gəlir, o da baxır ki, “nə edim, "çak-çuk" var, yoxsa yoxdur?” İcra məmurlarında  ən geniş yayılmış iş borc məsələləridir. Fərqi yoxdur, banka, ya vətəndaşa borc, aliment borcu. İcra məmuru baxır ki, borcu tələb edən gəlib onu "gördü", ya yox? Bəzən banklar, digər institutlar icra məmurları ilə "optavoy" qaydada işləyirlər ki, işlərimi tezləşdir. Bəzən icra məmuru işi aylarla kənara qoyur, heç nə etmir. Yaxud əksini edir - borclunu çağırır, deyir ki, istəyirsən, icranı uzadım, mənə nə verirsən? Ya da ver, get özün üçün kef elə. Kimdən pul aldısa, onun tərəfinə işləyir. Bir çox hallarda da qanunsuzluq edir. Borcu imkanı olandan tələb edir. Amma bir çox hallarda icra məmurları sorğu verir, müəyyən edirlər ki, borclunun maaşı, əmlakı, iş yeri yoxdur. Buna baxmayaraq borclunu sıxışdırmağa başlayırlar. Əvvəl məhkəməyə təqdimat verirlər ki, borclunun ölkədən çıxışına məhdudiyyət qoyulsun. Halbuki qanuna görə, bu məhdudiyyət qərəz olduğu halda qoyula bilər. Yəni şəxs borcu ödəyə bilir, amma ödəmir. Sonra məhkəməyə təqdimat verirlər ki, inzibati qaydada həbs olunsun. Sonra isə cinayət işi açdırırlar. Bununla Ədliyyə Nazirliyi məşğul olur. Halbuki şəxsin gəliri yoxdur. Belə iş qarşınıza çıxsa, 100% bilin ki, borcu tələb edən kreditor gəlib, "görüm-baxım" edib. Niyə bunu açıq-aşkar, tam məsuliyyətlə deyirəm? Çünki icra məmurlarının icraatlarında yüzlərlə bu cür iş var. Hamısını belə edirlər? Yox. Maksimum 10%-ni. Mən, hətta məhkəmələrdə icra məmuruna sual verirəm ki, digərlərini niyə belə etmirsən? Deməli, nəsə marağın var. Əksər hallarda borcu tələb edən şəxsə deyirlər ki, nə edim, borclunun yoxudur. Yoxudur, deməli, o biri tərəf gəlib bunu "görüb". Ya da pul elə kiçik məbləğ olub ki, maraqlı deyil. Bax, bütün məsələlərdə tam belə qanunsuz şeylər edirlər”, - bildirib. 

Ə.Həsənovun sözlərinə görə, yalnız aliment məsələlərində başqa vəziyyət olur: “Qadın gəlir, hay-həşir salır, ora-bura şikayət edir, icra məmuru onda qorxudan məsələni həll edir. Ya pul alır, həll edir, ya da qorxudan. Məsələn, tikinti şirkətlərinə qarşı məhkəmə qərarları var, şirkət vətəndaşa binada sahə verməlidir. Məhkəmə qərarını illərlə icra etmirlər. Məndə də belə işlər var. Hətta məhkəməyə də şikayət etməyin mənası yoxdur. Məhkəməyə deyək ki, icra məmuru qərarı icra etmir? Bunun adı nədir? Ötən il fevralın sonunda Ədliyyə Nazirliyində dəyişiklik oldu. Fikrət Məmmədovun necə işlədiyini hamımız bilirdik. Yerinə gələn Fərid Əhmədovu yaxşı tanıyıram. Gözlənti böyükdür ki, dəyişiklər olacaq. Hələ də inanıram ki, dəyişiklik olacaq. Deməli, çox çətin imiş, görün ora necə bərbad gündədir ki, mən hələ qətiyyən dəyişiklik hiss etmirəm. Bu yaxınlarda məhkəmə qərar verib ki, ay icra məmuru, filan şirkətdən sənədləri al. Sentyabrda qərar verilib, icra məmuru isə qərara əməl etməyib. Yanına gedirəm, boş-boş danışır. Yasamal rayonunun İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli. Lap adını da deyirəm. Bilmirəm, tikinti şirkəti ilə nə danışıblar. Bu sahədə vəziyyət çox pisdir. Təcili köklü nəsə etmək lazımdır. Çünki bu, bütövlükdə Azərbaycanda qanunçuluğu və məhkəmə sistemini bərbad vəziyyətə aparır”. 

Aytəkin Qardaşova 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://pravda.az
archiveBu xəbər 06 Yanvar 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yuxulara inanmaq olarmı? Cavab sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

01 İyun 2025 13:55see135

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see132

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see121

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see120

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see120

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see119

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see119

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see119

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see118

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see118

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see118

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see118

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see117

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see117

Azərbaycan özündən 4 dəfə balaca Antalyadan geridə qalır: Niyə? İqtisadçı

01 İyun 2025 08:02see115

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see115

Ağ Ev: ABŞ İrana nüvə proqramı ilə bağlı “məqbul təklif” təqdim edib

01 İyun 2025 07:07see114

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see114

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see114

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri