Icma.az
close
up
RU
Bakıda 7 avtomobilin toqquşması nəticəsində ağır qəza baş verib

Bakıda 7 avtomobilin toqquşması nəticəsində ağır qəza baş verib

Bakının Nizami rayonunda 7 minik avtomobilinin iştirakı ilə qəza baş verib. 

Missiya.Az APA-ya istinadən xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, 20.11.2024-cü il tarixində saat 20:00 radələrində Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. 

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi cinsli) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.


seeBaxış sayı:26
embedMənbə:https://missiya.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri