Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

Şimal Cənub nəqliyyat dəhlizi hər iki dövlətlə əməkdaşlıq üçün faydalı platformalardan biri ola bilər

Şimal Cənub nəqliyyat dəhlizi hər iki dövlətlə əməkdaşlıq üçün faydalı platformalardan biri ola bilər

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Rusiya, Azərbaycan və İran Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafında maraqlıdır". Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. O, bildirib ki, dəhlizin qərb hissəsinin inkişafı Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında yanvarın 17-də Moskvada keçirilən danışıqların əsas mövzularından birinə çevrilib. Zaxarova deyib ki, Rusiya və İran prioritet olaraq dəhlizin qərb hissəsində “kəsintisiz dəmir yolu logistikası”nın yaradılması üzərində işləyir.Azərbaycan bu dəhlizə "qapı açmaq"da nə dərəcədə maraqlıdır?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya ilə İran arasında imzalanan strateji tərəfdaşlıq sazişində bəzi məsələlər Azərbaycanın maraqlarına bu və digər formada toxunur.

Oqtay Qasımov

“Bunlarla bağlı dəqiq, ölçülü bir təhlil lazımdır. Bütövlükdə bu tərəfdaşlığın niyyəti xoş olacaqsa və bölgədə əməkdaşlıq, mehriban qonşuluq mühiti olacaqsa təbii ki, bizim maraqlarımıza hansısa xələl gətirməz”-deyən Oqtay Qasımov Şimal-Cənub nəqliyyat dəhlizinin açılması məsələsi ilə bağlı qeyd edib ki, bu Azərbaycanın da maraqlarına uyğun bir məsələdir.

Politoloqun fikrincə, bu dəhlizin açılması o demək deyil ki, Azərbaycan Rusiya-İran maraqlarının bir parçasına çevrilir.

“Sadəcə olaraq yerləşdiyimiz coğrafiya bizə bir çox üstünlüklər qazandırır. Orta Dəhliz layihəsində Azərbaycan vazkeçilməz bir coğrafi üstünlüyə malik olduğu kimi, eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizində Azərbaycanın mövqeləri belədir. Bu məsələ uzun müddətdən bəri müzakirə olunur. Artıq layihələr də icra edilir. Bunun əsas səbəbi ondan ibarətdir ki, faktiki olaraq, Rusiya və Azərbaycan ərazilərində İran sərhəddinə qədər dəmir yolu xətti uzun müddətdən bəri işlək vəziyyətdədir. Onu yenidən modernləşməsini və daşıma gücünün artırılması ilə bağlı müəyyən addımlar atılır. Bu məsələ təxminən 7-8 ildir davam etməkdədir”-deyə politoloq bildirib.

Qərbdən istədiyini almaqda çətinlik çəkən, Yaxın Şərqdən çıxarılan qonşularımız qalan iqtisadi gücünü qorumaq üçün Cənubi Qafqazımı hədəf seçiblər?

Politoloq deyir ki, hər iki ölkə regionun önəmli ölkələrindəndir və bu bölgədə maraqları var: “Bu maraqlar təbii ki, nəzərə alınmaqla Azərbaycan öz addımlarını atır. Bir çox hallarda bu maraqlar uzlaşdırılır”.

Oqtay Qasımov hesab edir ki, bizim maraqlarımıza zidd olan hansısa bir layihədə biz iştirak etmirik və etməyəcəyik.

“Məhz bu baxımdan bu tipli layihələrdə, yəni Şimal-Cənub nəqliyyat dəhlizində iştirak Azərbaycana ən azı tranzit baxımından divident gətirəcək. O cümlədən, dəhliz layihəsi Azərbaycanın strateji mövqeyini gücləndirəcək. Bu məsələdə Rusiya və İran tərəfindən gələcəkdə də Azərbaycana yönəlik hansısa təzyiq ola biləcəyi istisna deyil. Amma Azərbaycanın da bu günkü durumu ilə və gələcəkdə daha da güclənəcəyini nəzərə alsaq, o zaman Azərbaycanın bu təzyiqlərə tab gətirmə və müqavimət gücünün də artacağını söyləyə bilərik”-deyə politoloq şərh edib.

Oqtay Qasımov bildirib ki, digər tərəfdən dünyada hazırda baş verən prosesləri və yaxın dövr üçün dünyamızın hansı dəyişikliklərin olacağını tam şəkildə söyləmək çətin olsa da, bugünkü vəziyyətdən baxdığımızda və Azərbaycan Türkiyə ilə bir yerdə özünü mövqelərini gücləndirəcəksə, o zaman bu cür təzyiqlərə də tab gətirmək gücü artacaq.

“Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycanın strateji hədəfləri Türk dünyası və Türk Dövlətləri Təşkilatı ilə inteqrasiya prosesini, əməkdaşlığı yüksək səviyyəyə qaldırmaqdır. Bu, bizim əsas prioritetimizdir. O zamana qədər Türk Dövlətləri Təşkilatı və Türk dünyası da gələcək dünya düzənində əsas aktorlardan biri olacaq. Biz məsələyə bütün yönləri ilə baxmalıyıq”-deyən Oqtay Qasımov hesab edir ki, İranla Rusiyanın həyata keçirdiyi hərhansı layihəni birmənalı şəkildə Azərbaycanın əleyhinə olduğunu söyləmək doğru olmaz.

Politoloqun fikrincə, bir çox məsələlərdə mövqelərimiz üst-üstə düşməsə də, bizim maraqlarımıza uyğun olmasa da biz öz maraqlarımızı qoruyuruq və maraqlarımızın əleyhinə olan addımlara da imkan vermirik, maraqlarımıza uyğun olan məsələlərdə də iştirak edirik.

Oqtay Qasımov hesab edir ki, Şimal-Cənub nəqliyyat dəhlizi hər iki dövlətlə əməkdaşlıq üçün faydalı platformalardan biri ola bilər.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Fevral 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see216

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see178

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see137

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri