Bu il müharibə zonalarında 42 jurnalist öldürülüb
![](https://www.aznews.az/storage/2024/12/12/93a9ef71-3394-35a7-99cf-06317d223bf4_850.jpg)
2024-cü ildə azı 68 jurnalist həlak olub ki, onların da 60 %-dən çoxu müharibə zonalarındadır.
Aznews.az xəbər verir ki, bu barədə UNESCO-nun təqdim etdiyi məlumatlarda bildirilir.
Qeyd olunub ki, media işçilərinin öldürüldüyü 68 hadisədən 42-si döyüşlərin getdiyi ölkələrdə baş verib.
Hadisələrin əksəriyyəti Fələstində (18) qeydə alınıb. Ukraynadakı müharibədə 4 jurnalist həlak olub.
Sənəddə ölən jurnalistlərin adları və mənşə ölkələri, habelə onların hansı nəşrlərdə çalışdıqları göstərilməyib.
Qeyd edək ki, 2022-ci il yanvarın 1-dən 2023-cü il dekabrın 31-dək dünyada 162 media işçisi öldürülüb, onlardan 72-si münaqişə zonalarında həlak olub.
![see](https://icma.az/template/assets/see.png)