Icma.az
close
up
RU
Tramp və Putin Ukrayna məsələsində razılığa gələ bilmirlər Ekspert

Tramp və Putin Ukrayna məsələsində razılığa gələ bilmirlər Ekspert

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Trampın sözləri konkret deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Rüstəm Tağızadə ABŞ prezidenti Donald Trampın Ukrayna böhranının nizamlanmasında əhəmiyyətli irəliləyişin əldə edildiyi barədə səsləndirdiyi bəyanatı şərh edərkən deyib.

"Hazırda Trampla Putin arasında müxtəlif diplomatik mənbələrin göstərdiyi kimi, təmaslar mövcuddur. Ancaq hələlik konkret müddəa və maddələr üzrə hər hansı bir anlaşma yoxdur. Sülh müqaviləsi də havada qalıb. Çünki hər iki dövlətin öz maraqlarını müdafiə etməsi fonunda ortaq məxrəcə gəlmələri olduqca çətin görünür", deyə Rüstəm Tağızadə bildirib.


Ekspert qeyd edir ki, Trampın Ukrayna sərvətləri müqabilində ona silah, maliyyə yardımı veriləcəyi barədə açıqlaması müharibənin uzanacağı anlamına gəlir:

"Tramp yaxınlarda qeyd edib ki, Ukrayna ərazisindəki sərvətlərdən istifadə edilməsinin müqabilində bu ölkəyə silah, maliyyə yardımı davam etdiriləcək. Təbii ki, bu da müharibənin uzanmasına gətirib çıxara bilər".

Həmsöhbətimiz düşünür ki, indiki məqamda Moskva Vaşinqtonla uzlaşmaq istəyir: 

"Fikrimcə, bəzi diplomatik mənbələrin rəyinə əsasən bunun nə dərəcədə real olacağını zaman göstərəcək. Vaşinqton bəzi məsələlərdə Rusiyanı razı salmaq istəyir. Bununla da Ukrayna müharibəsi sonuclana bilər. Ukrayna müharibəsində itirən tərəflərdən biri də Rusiyadır. Rusiya uzanan müharibəyə görə milyardlarla dollar pul itirir. Ona görə də məsələyə yanaşarkən bu məqamları da unutmamalıyıq".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ukrayna böhranının nizamlanmasında əhəmiyyətli irəliləyişin əldə edildiyini deyib: "Biz Rusiya və Ukrayna məsələsində əhəmiyyətli irəliləyiş əldə etdik".

Lakin Ağ Ev rəhbəri konkret olaraq nəyi nəzərdə tutduğunu açıqlamayıb. 

Rüfət Sultan


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Fevral 2025 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see313

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see302

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see289

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see283

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see279

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see269

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see251

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see248

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see245

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see241

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see240

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see238

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see234

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see227

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see226

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see221

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see202

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see197

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see193

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri