Icma.az
close
up
RU
Ceyhun Bayramov bəzi dünya liderlərinin COP29da iştirak etməməsinə münasibət bildirdi

Ceyhun Bayramov bəzi dünya liderlərinin COP29da iştirak etməməsinə münasibət bildirdi

Icma.az, Pravd.az-dan verilən məlumatlara əsaslanaraq, xəbər verir Ceyhun Bayramov bəzi dünya liderlərinin COP29da iştirak etməməsinə münasibət bildirdi.

Xarici işlər naziri Ceyhun Bayramov bəzi dünya liderlərinin COP29da iştirak etməməsinə münasibət bildirib.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, indiyə qədər 80-dən çox ölkənin dövlət və hökumət başçıları COP-da iştirak edib. Konvensiyaya üzv olan 198 tərəf var. 198 tərəfdən demək olar ki, hamısının- bir iki istisnanı çıxmaq şərtilə onların hamısının nümayəndə heyətləri Bakıdadır. Onlar hazırda bu mövzu ilə məşğul olurlar. Bu və ya digər liderin iştirak edib-etməməsinə gəlincə isə Azərbaycan olaraq, bizim qapımız hər kəsin üzünə açıqdır. Biz onların hər birini konfransda görməkdən məmnun olardıq. Ancaq kiminsə iqlim mövzusu kimi vacib bir mövzu ilə gəlib burada özü iştirak edərək mesajlar verməsi və yaxud öz gündəliyində önəmli mövzulara vaxt sərf etməsi onların öz qərarlarıdır. Biz Konfransın uğuruna köklənməliyik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:28
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri