İntibah dövrü rəssamlarının sərgisində təsadüfi vandalizm Məşhur tablo cırıldı
Icma.az bildirir, Aznews.az portalına istinadən.
İtaliyanın Breşiya şəhərində İntibah dövrü rəssamlarının sərgisində təsadüfi vandalizm aktı baş verib.
AzNews.az xəbər verir ki, bu barədə “Giornale di Brescia” qəzeti məlumat yayıb .
Nəşrin məlumatına görə, ziyarətçilərdən biri ayağı büdrəyərək orta çağ rəssamı Morettonun tablosunu tutub, nəticədə 16-cı əsrə aid kətanın bir hissəsi azacıq zədələnib.
Muzeyin rəhbərliyi qeyd edib ki, hadisə nəticəsində ziyarətçiyə heç bir zərər dəyməyib və rəsm əsəri tam bərpa oluna bilər. Əsər artıq bərpa olunmaq üçün laboratoriyaya göndərilib.
Qorxmuş qadın arxayın edilib ki, tablo sığortalanıb və səhvinə görə pul ödəməli olmayacaq.
Moretto tərəfindən çəkilmiş rəsm liturgik yürüşlər üçün ikitərəfli pankartdır və 1522-1524-cü illərə aiddir. Bir tərəfdə iki müqəddəs, digər tərəfdə isə Məryəmin təsviri var.
AzNews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 09 Fevral 2025 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















