Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Yanvarın 17-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.78% – 43,487.83 bəndədək, S&P 500 indeksi 1.00% – 5,996.66 bəndədək, Nasdaq indeksi isə 1.51% – 19,630.20 bəndədək yüksəlib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında yanvarın 17-də FTSE 100 indeksi 1.35% – 8,505.22 bəndədək, Almaniyanın DAX indeksi 1.20% – 20,903.39 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.98% – 7,709.75 bəndədək artıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0.27% azalaraq 1.03 dollar təşkil edib.
Baxış sayı:59
Mənbə:https://apa.az