Icma.az
close
up
RU
Hestasion şəkərli diabet nədir? Endokrinoloqla müsahibə

Hestasion şəkərli diabet nədir? Endokrinoloqla müsahibə

Medicina portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin endokrinoloqu Günel Mahmudova müsahibə verib.





Medicina.az həmin müsahibəni təqdim edir:

-Günel xanım, ilk öncə hormonal sağlamlıq haqqında məlumat verərdiniz...

- Hormonal sağlamlıq dedikdə, qanda hormonların miqdarının normada olması, endokrinoloji sistemin normal fəaliyyət göstərməsi nəzərdə tutulur.

Hormonlar orqanizmdə orqan və sistemlərin fəaliyyətində mühüm rol oynayıb, orqanizmin inkişafını tənzimləyirlər. Bundan əlavə, hormonlar daxili sekresiya vəzlərinin spesifik məhsulu olub bütün orqanizmə təsir edirlər. Onlar qan və ya limfa vasitəsilə yayılaraq distant təsirə malikdirlər.

Sinir sistemi ilə endokrinoloji sistem arasında çox sıx əlaqə var. Hipofizin hormonları periferik endokrin vəzlərin fəaliyyətini tənzimləməklə yanaşı, mübadilənin müxtəlif növlərinə də aktiv təsir göstərirlər. Belə ki, hormonlar böyüməni, cinsi inkişafı, daxili homeostazın sabitliyini təmin edir. Böyümə hormonu sümüklərin, boyun inkişafını təmin edir. Mədəaltı vəzin hormonu olan insulin, qlükaqon qanda şəkərin miqdarının normada olmasını tənzimləyir. Prolaktin laktasiyanı təmin edir və reproduktiv funksiyaya da təsir göstərir.

Daxili sekresiya vəzlərinin normadan az və ya çox hormon ifraz etməsi isə hormonal disbalansa səbəb olur. Hormonal disbalans müxtəlif endokrinoloji xəstəliklərin nəticəsində əmələ gəlir.

- Hormon analizləri hansı şəraitdə götürülməlidirlər?

- Hormon analizləri üçün qan nümunəsi əsasən ac qarına, səhər saatlarında götürülür. Bunlara əsasən qalxanvari vəz hormonları (sərbəst T4, sərbəst T3), insulin, hipofiz hormonları (Prolaktin, LH, FSH, TSH və s) aiddir. Prolaktin hormonu yoxlanılması üçün yuxudan oyandıqdan 2 saat sonra, xəstənin sakit vəziyyətində qan nümunəsi götürülməlidir. Qadınlarda cinsi hormonların sintezi menstrual sikl müddətində dəyişir. Cinsi hormon analizlərinin (FSH, LH, Estradiol və s.) yoxlanılması üçün qan nümunəsi qadınlarda menstrual siklin follikulyar fazasında, 2-5-ci günlərində götürülməlidir.

Bəzi hormonların yoxlanılmasında dinamik testlərdən istifadə olunur. Böyümə hormonu pulsatil ifraz olunur, ən yüksək səviyyəyə gecə saatlarında çatır. Buna görə də böyümə hormonu tək yoxlanılmır. Stasionar şəraitdə İnsulin hipoqlikemiya testi edilib yoxlanılır. Böyrəküstü vəz çatışmazlığı şübhəsi olan xəstələrə AKTH stimulyasiya testi, Kuşinq sindromu xəstələrinin aşkarlanması üçün Deksametazon supressiya testi aparılır. Bəzi endokrinoloji xəstəliklərdə 24 saatlıq sidikdə hormonların və ya metabolitlərin miqdarına baxılır. Bunlara 24 saatlıq sidikdə kortizol, 17-ketosteroidlər, katexolaminlər, metanefrin, kalsium və s. daxildir.

- Genetik xəstəliyi olan şəxslərdə hormonal disbalans müşahidə olunurmu?

- Genetik xəstəliklərin bir qismində hormonal disbalans müşahidə olunur. Bu xəstəliklərə Şereşevski-Terner sindromu, Klaynnfelter, Kallman, Prader-Villi sindromları, MEN sindromlar və s. aiddir. Şereşevski-Terner sindromu xəstələrinin boyu qısa olmaqla yanaşı, qonadal disgeneziya olur. Onların boynu hər iki tərəfdən çiyinlərə sanki qanadlar vasitəsilə birləşmiş kimi olur. Başın tükləri ön tərəfdən qaşlara, ənsə nahiyəsində isə çox aşağı, sanki çiyinlərdən başlayır. Bu xəstələrdə polidaktiliya (barmaqların sayının çoxluğu) və anadangəlmə ürək qüsurları (aortal stenoz), hipotiroidizm, osteoporoz da olur. Kallman sindromu xəstələrində hipoqonadotropik hipoqonadizm, anosmiya (qoxu hissinin olmaması) yaranır. Klaynfelter sindromu xəstələrində sonsuzluq, ginekomastiya rast gəlinir. Testosteron səviyyəsi aşağı olur. Prader-Villi sindromunda hipoqonadotropik hipoqonadizm, hiperfaqiya-piylənmə, xroniki əzələ hipotoniyası müşahidə edilir.

- Hestasion şəkərli diabet nədir? Hamiləliyin normal inkişafı üçün qadınlar hansı müayinələrdən keçməlidirlər?

- Hestasion şəkərli diabet (HŞD) hamiləlikdən öncə olmayan, hamiləlik müddətində aşkarlanan diabet növüdür. Hamiləlik dönəmində metabolik dəyişikliklərlə bağlı insulin rezistentliyinin yaranması insulinə ehtiyacın artmasına, qlükozaya tolerantlığın pozulmasına səbəb olur.

Hamilə qadınlar hamiləliyin hər trimestrində ginekoloq tərəfindən məsləhət görülən müayinələrdən keçirlər. Bütün hamilə qadınlarda ilk prenatal müayinədə aclıq qlükoza yoxlanılmalıdır. Aclıq qlükozası norma olan bütün hamilələr hamiləliyin 24-28-ci həftəsində OQTT (Oral Qlükoza Tolerant Testi) müayinəsindən keçirilməlidirlər. Hazırda OQTT tək mərhələli və ya iki mərhələli aparılır. Bu, hamiləlik diabetinin aşkarlanması üçün vacibdir. Hestasion diabeti zamanı karbohidrat mübadiləsinin pozğunluğu zəif dərəcədə olur və bunun nizamlanması üçün əksərən pəhrizlə hədəf qan qlükoza dəyərinə nail oluruq. Əgər hədəf qan qlükoza dəyərlərinə nail olmasaq, insulin müalicəsinə keçirik.

Hestasion diabeti olan bütün hamilə qadınlara evdə qan qlükoza ölçümü öyrədilməlidir. HŞD olan hamilə qadınların bir qismində doğuşdan sonra normal qlükoza səviyyəsi bərpa olunsa da, gələcəkdə şəkərli diabet xəstəliyi riski var. Buna görə də doğuşdan sonrakı dövrdə qan qlükoza səviyyəsi normal olsa belə, 4-12 ci həftələrdə yenidən OQTT keçirilməlidir.

- Qalxanvari vəz hormonları hansılardır?


- Qalxanvari vəz xəstəliklərinin diaqnostikası qanda sərbəst T4, sərbəst T3, TSH hormonlarının yoxlanılması, qalxanvari vəzin USM və ehtiyac olarsa, qalxanvari vəzin sintiqrafiyası, Tiroid İİAB vasitəsilə aparılır.

Qalxanvari vəz hormonları kalsitonin, sərbəst T4, sərbəst T3 hormonlarıdır, TSH isə hipofiz vəzinin hormonudur. Hipofiz vəzi qalxanvari vəzə birbaşa nəzarət edir. Periferik qanda dövr edən tiroid hormonlarının 3/4 hissəsi Tiroksin, 1/4 hissəsi Triyodtironindən ibarətdir. Bu hormonlar böyüməni təmin edir, əqli inkişafa təsir edirlər. Onların çatışmazlığı (hipotiroidizm) zamanı xəstələr halsızlıqdan, ümumi zəiflikdən, dərinin quruluğundan, sifətlərində və əllərində şişkinlikdən, yuxululuqdan, artıqlığı zamanı isə xəstələr istiyə dözümsüzlük, ishala meyllik, arıqlama, əsəbilikdən və s. şikayətlər edirlər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 31 Yanvar 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri