Icma.az
close
up
RU
Fərdi yaşayış evinə qaz xətti çəkmək üçün nə etmək lazımdır? AÇIQLAMA

Fərdi yaşayış evinə qaz xətti çəkmək üçün nə etmək lazımdır? AÇIQLAMA

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tanınmış vəkil Turan Abdullazadə dövlət reyestrindən çıxarışı olan (“kupça”) torpaqda tikilən fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi üçün tələblər barədə vətəndaşların hüquqi baxımdan ünvanladıqları suallara aydınlıq gətirib. 

T.Abdullazadə Pravda.az-a açıqlamasında deyib ki, “Qaz təchizatı haqqında” qanuna əsasən, ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək quraşdırma işləri istehlakçının seçdiyi podratçı tərəfindən istehlakçının vəsaiti hesabına həyata keçirilir: 

“Vətəndaşlar onlara məxsus yaşayış sahələrinin qazla təchiz edilməsi üçün qanunvericiliyin tələbləri əsasında, müvafiq sənədlərlə birlikdə “ASAN Xidmət” və ya  “ASAN Kommunal” mərkəzlərinə müraciət etməlidirlər. Fərdi yaşayış evləri qazlaşdırılarkən müvafiq sayğacların qaz xəttinin üzərində quraşdırılması “Azəriqaz” İB tərəfindən ödənişsiz həyata keçirilir. Fərdi yaşayış evlərinin qazlaşdırılması xidmətini göstərən podratçıların siyahısı tərtib edilib. Həmin məlumatlara “Azəriqaz” İB-nin rəsmi internet saytından keçid etmək imkanı yaradılıb. Müraciət etdikdən sonra podratçı təşkilatın sorğusu əsasında “Azəriqaz” İstehsalat Birliyinin mütəxəssisləri fərdi yaşayış evinə baxış keçirirlər. Qaz təchizatı mənbəyi müəyyən olunur, qazlaşma sxemi və sorğu blankı tərtib edilir. Həmin sənədlər əsasında vətəndaşın sifarişi ilə lisenziyası olan podratçı təşkilat tərəfindən fərdi yaşayış evinin qazlaşdırılması layihəsi hazırlanır”. 

Vəkil bildirib ki, vətəndaşla podratçı təşkilat arasında bağlanmış müqavilə əsasında fərdi yaşayış evinin qaz xətlərinin çəkilməsi işləri aparılır və müvafiq qaydada istismara qəbul olunur: “Bu işlər tamamlandıqdan sonra podratçının müraciəti əsasında “Azəriqaz” İB tərəfindən ödənişsiz olaraq qaz sayğacının quraşdırılması həyata keçirilir, abonent kodu açılır, vətəndaş ilə müvafiq qaydada qazın alqı-satqısı müqaviləsi bağlanır və təbii qazın verilməsi təmin olunur. Küçə xətti mövcud olmadıqda isə vətəndaş ilk növbədə küçə xəttinin çəkilməsi üçün texniki şərtin alınması məqsədi ilə “ASAN Kommunal” və ya “ASAN xidmət” mərkəzlərinə müraciət etməlidir. Həmin mərkəzlər vasitəsi ilə “Azəriqaz” İB tərəfindən tam ödənişsiz olaraq küçə xəttinin çəkilməsi texniki şərti vətəndaşa təqdim olunur. Vətəndaşlar “ASAN Xidmət” və ya “ASAN Kommunal” mərkəzlərində  də podratçı təşkilatların əlaqə nömrələri, ünvanları ilə tanış ola bilərlər. Fərdi evlərin qazlaşdırılması ilə bağlı Azəriqaz İstehsalat Birliyi birbaşa məşğul olmur”. 

Aytəkin Qardaşova 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://pravda.az
archiveBu xəbər 14 Yanvar 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri