Icma.az
close
up
RU
Gənc arxeoloq Mircavid Ağalarov: Qarabağda aparılan elmi tədqiqatlarda iştirakdan böyük fərəh hissi keçirirəm

Gənc arxeoloq Mircavid Ağalarov: Qarabağda aparılan elmi tədqiqatlarda iştirakdan böyük fərəh hissi keçirirəm

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Müsahibimiz AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi və doktorantı Mircavid Ağalarovdur. Qeyd edək ki,  Mircavid Ağalarov bu il Gənclər üçün Prezident Mükafatına layiq görülüb. 2022-ci ildə AMEA Arxeologiya və Antropologiya İnstitutunun əyani doktoranturasına qəbul olunan M.Ağalarov "Azərbaycanın Arxeoloji irsində Səlcuq dövrü fayans məmulatı" adlı fəlsəfə doktoru dissertasiyası üzrə tədqiqata başlayıb. 2023-cü ildən isə İnstitutun Elmi fond və ekspozisiya şöbəsində yarımştat olaraq fəaliyyətə başlayıb, hazırda da həmin şöbənin elmi işçisidir. M.Ağayev Vətən müharibəsi nəticəsində azad olunmuş bölgələrdə, əsasən Ağdam rayonundakı Çinartəpə çoxtəbəqəli qədim yaşayış yeri və Zəngilan rayonunda yerləşmiş Şəhri-Şərifan şəhər yeri də daxil olmaqla 11 fərqli çöl tədqiqatının iştirakçısı olub. İxtisasını, xarici ölkələrdə keçdiyi ixtisas təkmiləşdirmə kurslarını, əldə etdiyi təcrübələri, apardığı uğurlu araşdırmaları, arxeologiya elminə olan həvəsini və elmi səviyyəsini nəzərə alaraq, AMEA rəhbərliyi Mircavid Ağalarovun namizədliyini Gənclər üçün Prezident Mükafatına təqdim edib.

Mircavid Ağalarovla söhbəti təqdim edirik.

- Mircavid bəy, necə oldu ki, arxeoloq olmaq qərarına gəldiniz? Uşaqlıq arzunuz idimi?

- Deyə bilmərəm ki, arxeoloq olmaq mənim uşaqlıq arzum idi. Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil aldığım dövrdə arxeologiyanın nəzəriyyəsi fənnini keçirdik. 2017-ci ildə əlimə əyani formada arxeoloji tədqiqat işlərində iştirak etmək kimi bir şans düşdü. Bu, Oksford Universiteti və Moskva Dövlət Universitetinin Bakı filialı tərəfindən təşkil olunmuş çox böyük bir layihə idi. İki il - 2017-2018-ci illərdə həmin layihə çərçivəsində Bərdə rayonu ərazisində Torpaqqala abidəsində aparılan arxeoloji tədqiqat işlərində əyani formada iştirak etdim. Bu tədqiqatlar mənim gələcək peşəmi seçməyimdə əsas rolu oynadı. Bu qazıntılarda iştirak edərkən yəqinləşdirdim ki, mən arxeoloq olmalıyam.

- Bəzən arxeoloqların tanınmasında bəxtlərinin gətirməyi - təsadüf nəticəsində qarşılarına qiymətli tapıntının çıxması kimi amillər böyük rol oynayır. Sizin tanınmağınıza nə səbəb oldu - bəxtiniz, yoxsa çəkdiyiniz zəhmət?

- Əslində, bu fikirlə tam razı deyiləm. Düzdür, bəzi məqamlarda arxeoloqun bəxtinin gətirməyi yaxşı haldır. Amma həmişə arxeoloqun yaxşı tapıntıya nail olması, böyük kəşflər etməsi onun bəxti ilə əlaqələndirilə bilməz. Məsələn, Göbəklitəpə abidəsinə nəzər salaq. 1960-cı illərdən arxeologiya elminə məlum olub. Bizans dövrü qəbiristanlğı, nekropol kimi yanaşma var idi. Amma 1994-cü ildə Klaus Şmidt bu abidənin Daş dövrü abidəsi olduğu qənaətinə gəlir və qazıntı işlərinə başlayır. Hazırda dünya arxeologiyasında inqilabi dəyişikliklər etmiş Göbəklitəpə abidəsi var. Məsələ həmişə bəxt məsələsi olmur, doğru yanaşma, doğru konsepsiya daha vacibdir. Mənim fəaliyyətimə gələndə isə, bəxtimin rol oynadığını çox da düşünmürəm. Ümumiyyətlə, arxeoloqlar kifayət qədər əziyyət çəkirlər, mən də sadəcə o əziyyətlərimin bəhrəsini aldığımı düşünürəm.

- İşğaldan azad olunmuş torpaqlarda apardığınız arxeoloji qazıntılar sizdə hansı təəssüratlar yaradır?

- 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ və Şərqi Zəngəzur regionları işğaldan azad edilib. 30 il əsarətin ardından ilk tədqiqatlara başlayan müəssisələrdən biri də AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu idi. Qarabağ bölgəsində aparılan tədqiqatlarda iştirak etməkdən böyük fərəh hissi keçirirəm. Həmin bölgədə iki abidənin arxeoloji tədqiqatında iştirak etmişəm. Şəhri-Şərifan və Çinartəpə çoxtəbəqəli yaşayış yerində. Şəhri-Şərifan şəhər yeri Zəngilan rayonunun Şərifan kəndində Xudafərin körpüsünə yaxın ərazidə yerləşir. Çinartəpə isə Ağdam rayonunun yaxınlığındadır. Əslində, arxeoloqlar xarabalıqda çox zəhmət və əziyyət çəkirlər. Ermənilər işğal dövründə Qarabağ bölgəsinin bütün infrastrukturunu məhv ediblər. Bu səbəbdən biz arxeoloji tədqiqat üçün lazımi dərəcədə əlverişli olmayan infrastrukturda qazıntılar aparırdıq. Digər tərəfdən isə mina təhlükəsi var idi. Buna görə də qazıntıya ANAMA-nın mütəxəssisləri ilə birgə gedərdik.

- Sizi ən çox həyəcanlandıran tapıntınız hansı olub?

- Əslində, bir arxeoloq üçün onun aşkarladığı hər tapıntı dəyərlidir, doğmadır. Amma içlərindən birini seçmək lazım olsa, mən hələ gənckən - 2017-ci ildə könüllü kimi iştirak etdiyim Bərdə arxeoloji ekspedisiyasında aşkarlanmış, sümükdən hazırlanmış bir baş bəzəyini deyərdim. Həmin baş bəzəyi gözəl şəkildə cilalanmış toyuq formasında idi və Azərbaycan üçün unikal idi. Onun oxşarı yoxdur. Unikallığı səbəbindən də mənim üçün o tapıntı kifayət qədər həyəcanlandırıcı və əhəmiyyətli olmuşdu.

- Bu gün gənclər arasında arxeologiya elminə maraq hansı səviyyədədir?

- Gənclər arasında arxeologiyaya maraq yüksək səviyyədədir. Arxeologiya və Antropologiya İnstitutu olaraq bir çox gəncləryönümlü tədbirlər təşkil edirik və gənclər bizim tədbirlərdə çox aktiv şəkildə iştirak edirlər. Bu, kifayət qədər sevindirici haldır. Bu yaxınlarda Azərbaycanda arxeologiya ixtisasının yaradılması da bu elmə gənc kadrların cəlb olunması yolunda atılan mühüm addımlardandır.

Ləman İLKİN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://525.az
archiveBu xəbər 02 May 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri