Icma.az
close
up
RU
Polşa fermerləri Ukrayna ilə sərhəddə keçid məntəqəsini bağlayıblar

Polşa fermerləri Ukrayna ilə sərhəddə keçid məntəqəsini bağlayıblar

Polşa fermerləri Ukrayna ilə sərhəddə yerləşən Medıka-Şegini keçid məntəqəsindən yük maşınlarının hərəkətini əngəlləməyə başlayıblar.

Bu barədə Ukrayna Dövlət Gömrük Xidmətinin Teleqram kanalında məlumat verilib.

“Polşa tərəfinin bildirdiyinə görə, bu gün, noyabrın 23-də Polşa tərəfindəki Medyka-Şegini keçid məntəqəsinin qarşısında yük maşınlarının hərəkəti dayandırılmağa başlayıb”, - deyə idarənin açıqlamasında bildirilir.

Gömrük xidmətinin məlumatına görə, Ukrayna ərazisinə yük daşımalarının saatda 1 yük avtomobili ilə məhdudlaşdırılacağı və Ukraynadan çıxarkən çəkisi 3,5 tondan çox olan yük avtomobillərinin hərəkətinin tamamilə dayandırılacağı açıqlanıb.

Mövsüm

Aznews.az

seeBaxış sayı:30
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri