Salyanda fəhlənin torpaq altında qalaraq xəsarət alması ilə bağlı şirkət əməkdaşına cəza verildi
Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şirvan Apellyasiya Məhkəməsində tikinti işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozmada təqsirləndirilən Qulam Məmmədovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Salyan Rayon Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilib. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 222.2-ci (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə aylıq qazancının iyirmi faizi dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzası təyin olunub.
İttihama görə, 10 avqust 2024-cü il tarixdə zərərçəkmiş Zamin Nəbiyev (adı, soyadı şərtidir) Salyan şəhəri, 20 Yanvar küçəsində yeni kanalizasiya xəttinin çəkilişi işləri aparılarkən torpaq sürüşməsi nəticəsində torpaq altında qalaraq xəsarət alıb. Daha sonra “Ağdam-Kimya” MMC-nin əməkdaşı Qulam Məmmədov fiziki və icraçı şəxs kim cinayət məsuliyyətinə cəlb edilib.
Salyan Rayon Məhkəməsinin hökmü ilə o, əzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətə azadlıqdan məhrum edilmişdi.
Kamal Məmmədov


