Sosial paketlə bağlı mühüm açıqlama
Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan hökumətinin gələn il reallaşdıracağı sosial paket təxminən 3 milyon insanı əhatə edəcək.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.
"2025-ci ildə çoxşaxəli artımları nəzərdə tutan sosial paket həyata keçiriləcək. Minimum əməkhaqqının və minimum pensiyanın artırılması nəzərdə tutulur. Eyni zamanda sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi planlaşdırılır. Əhalinin rifahı ilə bağlı dövlət siyasəti özünü büdcənin təkcə sosial deyil, digər xərc istiqamətlərində də biruzə verir", - deyə o qeyd edib.
Report

Sosial ödənişlərlə bağlı MÜHÜM XƏBƏR
27 Dekabr 2024 09:53
Sosial müavinətlərlə bağlı MÜHÜM XƏBƏR
19 Dekabr 2024 10:37
Nazirlikdən sosial yardımlarla bağlı MÜHÜM AÇIQLAMA
14 Fevral 2025 10:32
Sosial ödənişlərlə bağlı mühüm xəbər Yeni Gündəm
27 Dekabr 2024 19:09
Aztəminatlı ailələrə sosial yardımlarla bağlı MÜHÜM AÇIQLAMA
07 Mart 2025 11:37

