Icma.az
close
up
RU
Sumqayıtda şirkətdə mühasiblər dava etdi, elektron qolbaq taxıldı

Sumqayıtda şirkətdə mühasiblər dava etdi, elektron qolbaq taxıldı

Icma.az bildirir, Pravda.az portalına istinadən.

Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən S.Mustafayevanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.     

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.  
 

Qərara əsasən, zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti qismən təmin edil, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub və iş yeni apellyasiya baxışına təyin edilib.

İttihama görə, S.Mustafayeva Sumqayıt şəhərində yerləşən avtomobil sürtük yağları və akkumulyatorların satışı ilə məşğul olan şirkətlərin birində mühasib vəzifəsində işləyib. 
O, 12 iyun 2023-cü il tarixdə, saat 16:30 radələrində MMC-nin inzibati binasında, həmin şirkətin əməkhaqqı hesablanması üzrə mühasibi vəzifəsində çalışan zərərçəkmiş V.Hüseynovanın oturduğu otağa daxil olub. Təqsirləndirilən şəxs ona əməkhaqqının verilməsini gecikdirdiyini bəhanə edərək irad tutub. Sonra S.Mustafayeva otaqda olan digər işçilərin gözü qarşısında V.Hüseynovaya nalayiq ifadələrlə təhqir edib və sağ ayağının topuq nahiyəsinə ayaq zərbəsi ilə qəsdən vuraraq, sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmündən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətinin icraata qəbul edilməsi mümkünlüyü yoxlanılaraq apellyasiya şikayətinə baxılmasına xitam verilib, Sumqayıt Şəhər Məhkəməsinin məhkəmə baxışının təyin edilməsinə dair qərar ləğv edilib. S.Mustafayevanın cinayət işinin Sumqayıt Şəhər Məhkəməsinə məhkəmənin hazırlıq iclasına qaytarılması qərara alınıb. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən kassasiya şikayəti verilib. 

Kamal Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://pravda.az
archiveBu xəbər 17 Dekabr 2024 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see132

Yuxulara inanmaq olarmı? Cavab sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

01 İyun 2025 13:55see128

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see121

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see120

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see120

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see119

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see119

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see119

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see118

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see118

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see118

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see118

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see117

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see117

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see115

Azərbaycan özündən 4 dəfə balaca Antalyadan geridə qalır: Niyə? İqtisadçı

01 İyun 2025 08:02see115

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see114

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see114

Ağ Ev: ABŞ İrana nüvə proqramı ilə bağlı “məqbul təklif” təqdim edib

01 İyun 2025 07:07see114

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri