Icma.az
close
up
RU
Vazeh Əsgərovun işdən çıxardığı alim: “Əminəm ki, ADNSU növbəti tərəqqi və rifah mərhələsinə yeni rektorla qədəm qoyacaq”

Vazeh Əsgərovun işdən çıxardığı alim: “Əminəm ki, ADNSU növbəti tərəqqi və rifah mərhələsinə yeni rektorla qədəm qoyacaq”

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Rüfət Eyvaz oğlu Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru təyin edilib. Bildirilir ki, bu Sərəncam bir aya yaxındır, ADNSU-nun keçmiş rektoru Vazeh Əsgərovla universitetin qabaqcıl alimləri arasında yaşanan qalmaqal zamanı sabiq rektorun ünvanına səslənən iddiaların haqlı olduğuu sübut edir. Yeni rektordan isə gözləntilər böyükdür.

2018-ci ildən ADNSU-nun Geofizika kafedrasında mütəmadi olaraq professor-müəllim kimi çalışan və 2024-cü ilin sentyabrında Vazeh Əsgərov tərəfindən əmək müqaviləsinə xitam verilən Geologiya və Geofizika İnstitutunun seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri Qulam Babayev Pravda.az-a açıqlamasında R.Əzizovun  təyinatını müsbət qiymətləndirib.

“Bu Sərəncam gənclərin idarəçiliyə cəlb edilməsinin növbəti bariz nümunəsidir. 2015-ci ildən 2025-ci ilə qədər Azərbaycan gənclərinin inkişaf strategiyasında qeyd olunan çağırışlar və vəzifələr uğurla reallaşır. Azərbaycanda gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin bir daha müvəffəqiyyətlə həyata keçirilməsinə şahid oluruq. ADNSU ilə bağlı Sərəncam bir daha bunu sübut edir. ADNSU-nun zəngin tarixi var. Ümummilli liderimiz Heydər Əliyev kimi tarixi şəxsiyyətlər, beynəlxalq aləmdə tanınan liderlər, alimlər, mütəxəssislər, həmçinin mən də ADNSU-nun məzunuyam. Bu universitet Azərbaycanda ən şəffaf və dürüst universitetlərdən biri olmalıdır. Cənab Prezident İlham Əliyevin gənclərə ünvanladığı fikirlər dövlətin gənclər siyasətinin mahiyyətinin ifadəsidir. Hər zaman cənab Prezident qeyd edib ki, gənclər, mən sizə inanıram, güvənirəm. Rüfət Əzizovun tərcümeyi-halı ilə tanış oldum. Çox geniş və zəngin təcrübəyə malik gənc alim, tədqiqatçı və pedaqoqdur. Doğrudan da, özündə elm və təhsili ehtiva edən şəxsiyyətdir. Cənab Prezidentin qoyduğu bu siyasət uğurla həyata keçir - elm və təhsilin vəhdəti. R. Əzizovun iş təcrübəsi barədə oxuyanda gördüm ki,  neft-qaz sənayesi ilə yaxından tanışdır. BP-də təcrübə keçib, həm də qabaqcıl idarəçilikdə təcrübə toplayıb. Geologiya və geofizika ixtisasına da yaxındır. Mənim də ixtisasım geofizikdir. Ümidvaram ki, geniş təfəkkürlü mütəxəssisləri, beynəlxalq universitetlərdə, elmi mərkəzlərdə təhsil almış, geniş düşüncə müstəvisinə malik olan, təcrübə toplamış alim və müəllimləri ətrafında cəmləşdirəcək, onları davamlı olaraq təhsilə cəlb edəcək. Əminəm ki, ADNSU növbəti tərəqqi və rifah mərhələsinə yeni rektor Rüfət Əzizovla qədəm qoyacaq”, - alim bildirib.

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://pravda.az
archiveBu xəbər 06 Fevral 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yuxulara inanmaq olarmı? Cavab sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

01 İyun 2025 13:55see196

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see162

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see144

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see132

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see130

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see130

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see129

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see129

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see127

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see127

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see126

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see125

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see123

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see123

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see122

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see121

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see121

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see119

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see118

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri