Vəfat edən tanınmış professor məzarını öncədən alıbmış Qızından AÇIQLAMA
Icma.az bildirir, Pravda.az portalına istinadən.
Bu gün torpağa tapşırılan professor Nizaməddin Şəmsizadə Binəqədi qəsəbəsində yerləşən qəbiristanlıqda məzar yerini öncədən alıb.
Bu barədə Oxu.Az-a onun qızı Ayfər Şəmsizadə məlumat verib.
O bildirib ki, atası öləcəyini sanki öncədən bilirdi:
"Bu gün saat 13:00-da Binəqədidə dəfn etdik. Özü sanki öncədən bilirdi. Özünə qəbiristanlıqda yer almışdı. Kənarlarını, ətrafını düzəltdirmişdi. Elə orada da dəfn edildi".

