Согласно информации сайта Day.az, сообщает Icma.az. Müəllif: Elçin Alıoğlu Mənbə: Trend 13 gün əvvəl Avropa İttifaqının Xarici İşlər üzrə Al
Qərarın qəbulu ilk baxışdan rutin diplomatik prosedur kimi görünə bilər, lakin onun arxasında çox daha genişmiqyaslı geosiyasi plan var.
Brüssel "sülhü dəstəkləmək" ritorikası altında Ermənistandakı Müşahidə Missiyasından (UMA) Cənubi Qafqazdakı güc balansını dəyişmək üçün alət kimi istifadə etmək niyyətindədir.
İlk-əvvəl "sırf müşahidə missiyası" qismində təqdim edilən EUMA-nın fəaliyyəti illər keçdikcə casusluq, agentura, kəşfiyyat və militar məzmunlu işlər toplusuna çevrilməkdədir.
Yeni mandat yalnız vəziyyətin monitorinqinin davam etdirilməsini deyil, həm də missiyanın hərbi texnika, xüsusi nəqliyyat vasitələri və silahlarla təchiz edilməsini nəzərdə tutur.
Əvvəllər yalnız "binokllar və fotoaparatlarla" məhdudlaşan Avropa nümayəndələri artıq silah daşımaq hüququ əldə edəcəklər.
Müşahidəçilikdən silahlı fəaliyyətə keçid Avropa İttifaqının regionda yalnız siyasi deyil, həm də hərbi yolla möhkəmlənmək istəyini açıq şəkildə nümayiş etdirir.
Xüsusi narahatlıq doğuran məqam EUMA mənsublarının Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində yerləşdirilməsinin planlaşdırılmasıdır.