Icma.az
close
up
AZ
Menu

Игрок Арсенала обратился к болельщикам после рокового промаха с пенальти в финале Лиги чемпионов

Оверчук: у Армении никогда не будет газа, кроме российского Minval Politika

Названы два напитка для укрепления психического здоровья

Американское направление стратегии Президента Ильхама Алиева: Баку и Вашингтон "в одной лодке" ТЕМА ДНЯ от Акпера Гасанова

Катар выступил против постоянных пошлин в Ормузском проливе

Центробанк обнародовал интересную статистику: растут ли доходы вкладчиков?

Китай строит новый торговый маршрут через Азербайджан в обход России Minval Politika

Роза Зергерли встретилась с Рамзаном Кадыровым ФОТО

Кабмин Турции под председательством Эрдогана обсудит мир между США и Ираном

Трамп выдвинул Ирану более жесткие условия

CNN: Иран восстановил доступ к большинству подземных ракетных объектов Minval Politika

Трамп: Сделка с Ираном в основном посвящена ядерной программе Тегерана

В Азербайджане могут увеличить лимит штрафных баллов для водителей

Массовая авария на старте гонки в Монце привела к потере 8 автомобилей

В Баку состоялась церемония открытия мероприятий в рамках Бакинской энергетической недели

На концерте, посвящённом юбилею Самеда Вургуна, прозвучали произведения в исполнении учащихся

Саудовская Аравия бесплатно раздает билеты на чемпионат мира

К сведению граждан: в некоторых частях Баку не будет газа

Bloomberg: ЕК может смягчить бюджетные правила ЕС из за энергетического кризиса

В БГУ прошел турнир, посвященный 103 летию со дня рождения Великого лидера Гейдара Алиева

Avropa İttifaqı Ermənistanda silahlanır

Avropa İttifaqı Ermənistanda silahlanır

Согласно информации сайта Day.az, сообщает Icma.az.

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

13 gün əvvəl Avropa İttifaqının Xarici İşlər üzrə Ali Nümayəndəsi Kaya Kallasın rəhbərlik etdiyi ofis Avropa İttifaqının Ermənistandakı missiyasının mandatını daha iki il müddətinə uzatmağı təsdiqləyib. Qərarın qəbulu ilk baxışdan rutin diplomatik prosedur kimi görünə bilər, lakin onun arxasında çox daha genişmiqyaslı geosiyasi plan var.

Brüssel "sülhü dəstəkləmək" ritorikası altında Ermənistandakı Müşahidə Missiyasından (UMA) Cənubi Qafqazdakı güc balansını dəyişmək üçün alət kimi istifadə etmək niyyətindədir.

İlk-əvvəl "sırf müşahidə missiyası" qismində təqdim edilən EUMA-nın fəaliyyəti illər keçdikcə casusluq, agentura, kəşfiyyat və militar məzmunlu işlər toplusuna çevrilməkdədir.

Yeni mandat yalnız vəziyyətin monitorinqinin davam etdirilməsini deyil, həm də missiyanın hərbi texnika, xüsusi nəqliyyat vasitələri və silahlarla təchiz edilməsini nəzərdə tutur. Əvvəllər yalnız "binokllar və fotoaparatlarla" məhdudlaşan Avropa nümayəndələri artıq silah daşımaq hüququ əldə edəcəklər.

Müşahidəçilikdən silahlı fəaliyyətə keçid Avropa İttifaqının regionda yalnız siyasi deyil, həm də hərbi yolla möhkəmlənmək istəyini açıq şəkildə nümayiş etdirir.

Xüsusi narahatlıq doğuran məqam EUMA mənsublarının Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində yerləşdirilməsinin planlaşdırılmasıdır. Bu ərazilər Rusiya, Türkiyə və İran kimi böyük oyunçuların maraqlarının ən kəskin şəkildə toqquşduğu strateji geopolitik gərginlik nöqtələridir. Xüsusilə diqqət çəkən məsələ Ermənistan-Türkiyə sərhədindəki durumdur.

Məzkur sərhəd tarixi razılaşmalara əsasən Rusiya sərhədçiləri tərəfindən qorunur. Brüssel açıq şəkildə strateji əhəmiyyətə malik Gümrüdəki 102-ci hərbi bazanı da daxil olmaqla, Rusiya hərbi mövcudluğunu tədricən sıxışdırmağı hədəfləyir. Və bəhs etdiyimiz məqam sadəcə diplomatik gediş deyil - Moskvanın üzərinə açıq çağırış və regional dinamikanı yenidən qurmaq cəhdidir.

EUMA-nın silahlandırılması Fransanın fəal iştirakı olmadan mümkün olmazdı. Planın baş ideoloqu olan Paris Afrikadakı təsir imkanlarının əhəmiyyətli hissəsindən məhrum olandan və və dənizaşırı ərazilərində böhranlarla üzləşdikdən sonra geosiyasi mövqelərini möhkəmləndirmək üçün yeni fürsətlər axtarır. Cənubi Qafqaz Fransanın ambisiyalarını reallaşdırmaq üçün əlverişli meydançaya çevrilib. Emmanuel Makron sərt antirusiya və anti-Azərbaycan ritorikası ilə tanınır və regionda "Avropa mövcudluğunu gücləndirmək" ideyasını açıq şəkildə dəstəkləyir. Əslində isə bu mövcudluq gərginliyin artması və yeni silahlanma yarışına səbəb olur.

Emmanuel Makron açıq şəkildə Ermənistanı müdafiə etmək və regionda Avropa təsirini artırmaq haqqında danışır. Onun ritorikasının arxasında daha çox şəxsi ambisiyalar dayanır. Fransa üçün Ermənistan bir məqsəd deyil, bir vasitədir. Bu ölkənin gələcəyi və sabitliyi Paris üçün yalnız öz maraqlarını həyata keçirmək kontekstində əhəmiyyət daşıyır.

Avropa İttifaqının Ermənistana dəstəyi təkcə siyasi ritorika ilə deyil, həm də real addımlarla müşayiət olunur. Avropa Sülh Fondu vasitəsilə Ermənistan 2023-2024-cü illərdə zirehli texnika, hava hücumundan müdafiə sistemləri və digər avadanlıqları əhatə edən hərbi yardım alıb. Bu, Brüsselin Ermənistana tərəfdaş deyil, öz strateji məqsədlərinə nail olmaq üçün alət kimi baxdığını vurğulayır. Ermənistanın öz taleyi, iqtisadiyyatı, təhlükəsizliyi və gələcəyi Avropa siyasətçilərini yalnız o halda maraqlandırır ki, bunlar geosiyasi oyunlarda istifadə oluna bilsin.

Belə çirkin və təhlükəli siyasət Avropa İttifaqına qarşı regional oyunçuların kəskin müqavimətini qaçılmaz edir. Azərbaycan missiyanın qərəzliliyi və Bakı maraqlarının nəzərə alınmaması ilə bağlı narazılığını ilk gündən ifadə edib.

Rəsmi Bakı ötən il xəbərdarlıq etmişdi ki, Cənubi Qafqazdakı güc balansını xarici qüvvələr vasitəsilə dəyişdirmək cəhdləri yalnız eskalasiyaya və yeni münaqişələrə gətirib çıxaracaq. Avropa İttifaqının Ermənistandakı missiyasının mandatının genişləndirilməsi və onun militarizasiyası bölgədəki həssas sabitliyi daha da sarsıdır və sülhə təhdid yaradır.

Brüssel bu mövqeləri zəiflətməklə, Rusiya hərbi mövcudluğunu, o cümlədən strateji əhəmiyyətə malik Gümrüdəki 102-ci hərbi bazanı regiondan sıxışdırmağa çalışır. Bu addım təkcə diplomatik manevr deyil, eyni zamanda Moskvaya açıq çağırışdır.

Türkiyə Azərbaycanın strateji müttəfiqi olaraq, Avropa planlarını öz təsirinə təhdid kimi görür. Ankara üçün Avropa İttifaqının Ermənistan-Türkiyə sərhədindəki silahlı bölmələrinin iştirakı sadəcə bir çağırış deyil, onun strateji maraqlarına müdaxilədir.

Eyni zamanda, İran da vəziyyəti diqqətlə izləyir. Ermənistanla şimal sərhədi Tehranın milli təhlükəsizliyi baxımından strateji əhəmiyyətə malikdir. İranın yüksək rütbəli rəsmiləri Avropa İttifaqı missiyasının genişləndirilməsinə qarşı çıxış edərək, belə addımların regional sabitliyi pozacağını dəfələrlə vurğulayıblar.

Brüsselin bu siyasəti Avropa İttifaqını tərəfsiz vasitəçi kimi qəbul etməyi çətinləşdirir. Missiya getdikcə münaqişənin iştirakçısına çevrilir. İrəvana dəstək açıq və birtərəfli xarakter daşıyır ki, bu da sülh prosesini pozur və tərəflər arasındakı uçurumu dərinləşdirir.

Avropa İttifaqının Ermənistandakı missiyasının genişləndirilməsi sülhə deyil, eskalasiyaya doğru addımdır. Fransa bu prosesdə başlıca rolu oynayaraq, Avropa İttifaqını öz ambisiyalarını həyata keçirmək üçün istifadə edir. Bu siyasət yalnız regional sabitliyi pozmaqla kifayətlənmir, həm də Cənubi Qafqazdakı ümumi təhlükəsizliyi təhdid edir.

Brüssel öz siyasətini yenidən nəzərdən keçirməli və birtərəfli dəstək əvəzinə balanslı əməkdaşlığa üstünlük verməlidir. Əks halda, Avropa İttifaqı Azərbaycanın, Türkiyənin və İranın etimadını itirərək, bölgədə gərginliyi daha da artıracaq. Cənubi Qafqaz incə balans tələb edən bir regiondur və birtərəfli qərarlar yalnız vəziyyəti daha da mürəkkəbləşdirir.

Xatırladaq ki, 2023-cü ilin mart ayında Aİ missiyasının rəhbəri Markus Ritter Deutsche Welle-yə verdiyi müsahibədə belə demişdi: "Bizim sərəncamımızda yalnız dürbinlər və fotoaparatlar var". O zaman bu bəyanatlar missiyanın sırf müşahidə funksiyasında qalacağına dair təminat kimi səslənirdi. Lakin iki il ərzində vəziyyət köklü şəkildə dəyişdi. Brüssel artıq gizlətmir ki, missiya müasir hərbi texnika, nəqliyyat vasitələri ilə təchiz ediləcək və əməkdaşları silah daşımaq səlahiyyətinə malik olacaq. Bu addımlar, Aİ-nin sülhməramlılıq ritorikasından uzaqlaşaraq hərbi strategiyaya keçid etdiyini açıq şəkildə göstərir.

Bu prosesdə xüsusi rolu Avropa Sülh Fondu oynayır. Aİ-nin hərbi layihələrini maliyyələşdirmək üçün yaradılmış bu alət artıq Ermənistanın hərbi potensialının artırılması məqsədilə fəal şəkildə istifadə olunur. 2023-2024-cü illər ərzində bu fond zirehli texnika, hava hücumundan müdafiə sistemləri və digər hərbi avadanlıqların tədarükü üçün böyük məbləğdə vəsait ayırıb. Bu addımlar formal olaraq Ermənistanın təhlükəsizliyinin təmin edilməsi ilə əsaslandırılsa da, əslində bu ölkəni xarici geosiyasi oyunların meydançasına çevirir. Bakıda isə bu yanaşma çoxdan deşifrə edilib. Azərbaycan dəfələrlə Aİ-ni birtərəfli siyasətdən çəkinməyə çağırıb, lakin bu xəbərdarlıqlar qulaqardına vurulub.

Brüssel sülh və sabitlik vəd etmək əvəzinə, bölgədə yeni qarşıdurma dalğası yaradır. Cənubi Qafqaz regional dövlətlərin maraqlarının xarici qüvvələrin məqsədlərinə qurban verildiyi bir arena halına gəlir. Ermənistanın gücləndirilməsi və Aİ-nin hərbi varlığının artırılmasına yönəlmiş siyasət bütün region üçün ciddi risklər daşıyır. Azərbaycanın, Türkiyənin və İranın maraqlarını nəzərə almayan bu yanaşma sanki odla oynamağa bənzəyir. Aİ-nin Ermənistandakı missiyasının militarizasiyası sülhə deyil, nəzarətə, təsirə və alternativ baxışların boğulmasına yönəlmiş addımdır.

Cənubi Qafqaz mürəkkəb və həssas bir regiondur, burada atılan hər yanlış addım yeni bir münaqişənin qığılcımına çevrilə bilər. Özünü sülhün təminatçısı kimi təqdim edən Avropa İttifaqı, əksinə, gərginliyin mənbəyinə çevrilmək riski ilə üz-üzədir. Brüssel militarizasiya kursunu davam etdirdiyi təqdirdə, bu, qaçılmaz olaraq regionun sərhədlərini aşan nəticələrə gətirib çıxaracaq.

Avropa İttifaqının Ermənistandakı missiyasının 2025-ci il üçün genişləndirilməsi qərarı, elan edilən sabitlik təminatı məqsədlərindən daha dərinə gedən bir geopolitik kontekstə malikdir. Brüssel sülhməramlılıq ritorikasına söykənərək, bu missiyanı hərbi-siyasi təzyiq vasitəsinə çevirir. Cənubi Qafqaz, uzun illərdir kövrək balansda saxlanılan bir region olaraq, qlobal və regional oyunçuların maraqlarının toqquşduğu növbəti arenaya çevrilir.

Avropa İttifaqının missiyasının militarizasiyası Cənubi Qafqaz üçün ciddi risklər daşıyır. Sabitliyə töhfə vermək əvəzinə Brüssel mövcud ziddiyyətləri kəskinləşdirir və yeni gərginlik xətləri yaradır. Aİ-nin birtərəfli siyasəti onu neytral tərəfdaş kimi qəbul edilən bir qurumdan münaqişə tərəfinə çevirir. Xarici qüvvələrin müdaxiləsi əsas regional oyunçular arasında qarşıdurmanı daha da gücləndirərək sülh prosesini çətinləşdirir.

Azərbaycan, Türkiyə və İran Avropa hərbi iştirakının gücləndirilməsinə qarşı barışmaz mövqe nümayiş etdirir. Bu, regional dinamikanın daha da mürəkkəbləşməsinə, təhlükəsizliyin zəifləməsinə və eskalasiya riskinin artmasına səbəb olacaq. Onsuz da kövrək balansda olan Cənubi Qafqaz yerli maraqların nəzərə alınmadığı, xarici qüvvələrin ambisiyalarının üstünlük təşkil etdiyi bir geopolitik mübarizə meydanına çevrilir.

Avropa İttifaqının Ermənistandakı missiyası sülhməramlı təşəbbüsdən siyasi təzyiq və militarizasiya alətinə çevrilir. Təhlükəsizlik ritorikası altında Brüssel regionun sabitliyi üçün risklər doğuran geopolitik üstünlük strategiyasını irəli aparır.

Azərbaycan, Türkiyə və İran bu cür müdaxiləyə qarşı açıq şəkildə etiraz edərək, Aİ-nin addımlarının yalnız ziddiyyətləri dərinləşdirəcəyini və yeni gərginlik dalğası yaradacağını vurğulayır. Əgər Brüssel həqiqətən Cənubi Qafqazda sabitlikdə maraqlıdırsa, o, öz yanaşmasını yenidən nəzərdən keçirməlidir. Əks təqdirdə, Aİ regional oyunçuların etimadını itirərək, mövcud gərginliyi genişmiqyaslı böhrana çevirmə riski ilə üzləşəcək.

Aydındır ki, Ermənistan Fransa üçün tərəfdaş deyil, vasitədir. Paris Cənubi Qafqazda uzunmüddətli sabitliyə nail olmağa çalışmır. Əksinə, o, regiondakı sülhü qurban verməyə və öz geopolitik rəqiblərini - Rusiya, Türkiyə və Azərbaycanı zəiflətməyə hazırdır. Belə siyasət qanuni suallar doğurur: Paris və Brüsselin maraqları regionun sabitlik maraqları ilə nə qədər üst-üstə düşür? Onlar öz hərəkətlərinin Qafqazdakı sülhə təsirlərini nəzərə almağa hazırdırlar?

Следите за обновлениями и свежими новостями на Icma.az, где мы продолжаем следить за ситуацией и публиковать самую актуальную информацию.
seeПросмотров:104
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 23 Января 2025 12:33
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Игрок Арсенала обратился к болельщикам после рокового промаха с пенальти в финале Лиги чемпионов

31 Мая 2026 17:18see308

Оверчук: у Армении никогда не будет газа, кроме российского Minval Politika

31 Мая 2026 16:29see241

Названы два напитка для укрепления психического здоровья

31 Мая 2026 16:53see167

Американское направление стратегии Президента Ильхама Алиева: Баку и Вашингтон "в одной лодке" ТЕМА ДНЯ от Акпера Гасанова

31 Мая 2026 22:46see165

Катар выступил против постоянных пошлин в Ормузском проливе

31 Мая 2026 17:41see158

Центробанк обнародовал интересную статистику: растут ли доходы вкладчиков?

31 Мая 2026 19:46see157

Китай строит новый торговый маршрут через Азербайджан в обход России Minval Politika

31 Мая 2026 18:59see157

Роза Зергерли встретилась с Рамзаном Кадыровым ФОТО

31 Мая 2026 22:38see155

Кабмин Турции под председательством Эрдогана обсудит мир между США и Ираном

01 Июня 2026 02:28see155

Трамп выдвинул Ирану более жесткие условия

31 Мая 2026 20:15see154

CNN: Иран восстановил доступ к большинству подземных ракетных объектов Minval Politika

31 Мая 2026 22:43see151

Трамп: Сделка с Ираном в основном посвящена ядерной программе Тегерана

01 Июня 2026 05:07see150

В Азербайджане могут увеличить лимит штрафных баллов для водителей

01 Июня 2026 01:25see149

Массовая авария на старте гонки в Монце привела к потере 8 автомобилей

31 Мая 2026 23:51see148

В Баку состоялась церемония открытия мероприятий в рамках Бакинской энергетической недели

01 Июня 2026 13:16see144

На концерте, посвящённом юбилею Самеда Вургуна, прозвучали произведения в исполнении учащихся

31 Мая 2026 19:17see143

Саудовская Аравия бесплатно раздает билеты на чемпионат мира

01 Июня 2026 18:21see138

К сведению граждан: в некоторых частях Баку не будет газа

02 Июня 2026 01:02see133

Bloomberg: ЕК может смягчить бюджетные правила ЕС из за энергетического кризиса

02 Июня 2026 04:25see132

В БГУ прошел турнир, посвященный 103 летию со дня рождения Великого лидера Гейдара Алиева

01 Июня 2026 18:26see131
newsПоследние новости
Самые свежие и актуальные события дня