Azərbaycan AQEM də Asiya Universitetləri arasında əməkdaşlıq və iqlim dəyişiklikləri platforması yaradacaq Fariz İsmayılzadə
Как стало известно Icma.az, со ссылкой на сайт Day.az.
Bu gün ADA Universitetində beynəlxalq Konfrans təşkil olunub. Konfransa 42 ölkədən iştirakçı qatılıb və fəaliyyət göstərəcəklər.
Day.Az xəbər verir ki, bunu bu gün ADA Universitetində keçirilən "Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu" mövzusunda beynəlxalq konfransda Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu il AQEM-də (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) sədrlik edir. Azərbaycan sədrliyi çərçivəsində bir neçə təşəbbüs, layihə və proqram irəli sürüb:
"Bunlar arasında Asiyada yerləşən universitetlərin birləşməsi, onların arasında şəbəkələşmənin yaradılması, qitə ölkələri arasında akademik mübadilələr, əməkdaşlıq və qarşılıqlı elmi-tədqiqatların aparılması da var. ADA Universiteti Asiya universitetləri arasında AQEM təşkilatı çərçivəsində sədr seçilib və artıq bir ildən çoxdur ki, ADA Asiya universitetlərini birləşdirərək müxtəlif konfranslar və tədbirlər təşkil edir".
Deputat qeyd edib ki, bugünkü konfransın əsas məqsədi Asiya universitetləri arasında iqlim dəyişiklikləri üzrə əməkdaşlıq platformasının yaradılmasıdır:
"Burada "yaşıl enerji", iqlim keçidi və Qarabağda aparılan işlər müzakirə ediləcək, Azərbaycan öz təcrübəsini bölüşəcək. Alimlər və professorlar arasında fikir mübadiləsi aparılacaq, birgə layihələr nəzərdən keçiriləcək.
Azərbaycanın AQEM təşkilatında sədrliyi davam edir. ADA Universiteti növbəti il üçün də müxtəlif proqramlar və planlar hazırlayıb. Akademik və elmi mübadilələr, Asiya universitetləri arasında professorların birgə şəbəkəsinin yaradılması - bütün bu fəaliyyətlər iki il ərzində davam edəcək.
Biz ümid edirik ki, 42 ölkədən gələn qonaqlar Azərbaycanın reallıqları, iqlim siyasəti və COP29-da görülən işlərlə tanış olacaq və öz ölkələrində də müəyyən elmi işlərdə bunlardan istifadə edəcəklər.
Konfrans iki gün davam edəcək. Bakı ətrafındakı "yaşıl enerji" ilə bağlı müxtəlif layihələr ziyarət olunacaq. 4 paneldə elmi müzakirələr də təşkil ediləcək. İştirakçılar həmçinin ADA Universiteti ilə ikitərəfli birgə layihələri müzakirə edəcəklər".
Другие новости на эту тему:
Просмотров:67
Эта новость заархивирована с источника 02 Декабря 2025 11:04 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















