Bu ticarət mərkəzinin ərazisində avtovağzal xidməti təşkil edilir RƏSMİ
Согласно материалам сайта Day.az, передает Icma.az.
Martın 4-dən "Azerbaijan Ground Service" MMC tərəfindən "Abşeron" Ticarət Mərkəzinin ərazisində avtovağzal xidməti təşkil edilir.
Day.Az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin məlumatında bildirilir.
Məqsəd ticarət mərkəzi və ətraf ərazilərdə sərnişin daşımaları sahəsində nizamlı və qanunauyğun fəaliyyətin təmin edilməsidir. İstifadəyə verilən məkandan sərnişinlərin əsasən Cənub və Qərb bölgələrinə səfərləri təmin ediləcək.
Səfəröncəsi bütün avtobuslar texniki, sürücülər isə tibbi müayinədən keçiriləcək. Xətlərə çıxan avtobuslara real vaxt rejimində nəzarət olunacaq.
Vətəndaşlar biletləri "biletim.az" portalı üzərindən onlayn qaydada və kassalardan əldə edə bilərlər.
İnformasiya panelləri və təhlükəsizlik sistemləri ilə təchiz edilən ərazidə sərnişinlər üçün rahat gözləmə zalları, dayanacaqlar və iaşə obyektləri yaradılıb. Yeni xidmətin təşkili sərnişin məmnunluğunun daha da artırılmasına xidmət edəcək.
Другие новости на эту тему:
Просмотров:589
Эта новость заархивирована с источника 05 Марта 2025 15:28 



Войти
Новости
Погода
Магнитные бури
Время намаза
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















