Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında Sərəncamda dəyişiklik edilib SƏRƏNCAM
По данным сайта Day.az, передает Icma.az.
"Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" Sərəncamda dəyişiklik edilib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Neft Şirkəti səhmlərinin 49 faizi dövlətə, 51 faizi isə SOCAR-a məxsus olan "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə Layihələrin səmərəli idarə olunmasını təmin etməlidir.
Cəmiyyətin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin nizamnamə kapitalının 2 faizini təşkil edən hissəsi üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, SOCAR-ın nizamnamə kapitalına ötürüləcək.
İndiyə qədər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Nizamnamə kapitalı 100 (yüz) milyon ABŞ dolları təşkil edən və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətini təsis etməklə Layihələrin səmərəli idarə olunmasını təmin edirdi.
İqtisadiyyat Nazirliyi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Другие новости на эту тему:
Просмотров:83
Эта новость заархивирована с источника 10 Декабря 2024 16:18 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















