Icma.az
close
up
AZ
Ceyhun Bayramov Avropa Komissiyasının vitseprezidenti ilə AzərbaycanErmənistan normallaşmasını müzakirə etdi FOTO

Ceyhun Bayramov Avropa Komissiyasının vitseprezidenti ilə AzərbaycanErmənistan normallaşmasını müzakirə etdi FOTO

Maltada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.

Day.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər Azərbaycanla Avropa İttifaqı arasındakı siyasi dialoq, qarşılıqlı münasibətlər, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, habelə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Malta Respublikasının paytaxtı Valetta şəhərinə işgüzar səfərə gedib. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

seeПросмотров:16
embedИсточник:https://news.day.az
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
newsПоследние новости
Самые свежие и актуальные события дня