Icma.az
close
up
AZ
Menu

В Масазыре при пожаре погибла пострадавшая в трагедии бакинского метро 1995 года

Дугин обвинил Чебурашку в развале СССР Minval Politika

Турция солидарна с Ираном

Шторм "Гарри" затопил побережье Мальты и юга Италии ВИДЕО

В Азербайджане в 2025 году выявлено почти 6,9 тыс. нарушений трудового законодательства

Определились 15 из 24 команд, которые точно сыграют в плей офф Лиги чемпионов

Погода в Казахстане: туман, усиление ветра, гололёд и сильные морозы

Битва соседей, Абшерон против DH Volley, Нефтчи сыграет с Азеррейлом

Посольство США о встрече Трампа с Алиевым

СМИ: Армия США недостаточно готова к операциям в Арктике

Баку и НАТО обсудили энергетическую безопасность и стратегическое сотрудничество Minval Politika

SOCAR вторглась в Африку наши подробности

Криминальная экономика Швеции превысила прежние оценки

Назван главный миф о вреде сахара

Жесткий месседж Узбекистана России: Я готов поставить голову Валуева на место Видео

Ганимат Захид против устава Трампа: миллиард, которого не было

Испытание Нефтчи, почти нулевые шансы и загадки на старте

Бывший муж Николь Кидман Кит Урбан переехал к новой девушке

Вашингтон дает зеленый свет аш Шараа

Жители Абшеронского района жалуются на дым и шум от завода

COP29 çərçivəsində “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü” keçirilir FOTO

COP29 çərçivəsində “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü” keçirilir FOTO

По информации сайта Day.az, передает Icma.az.

20 noyabrda COP29 çərçivəsində COP tarixində ilk dəfə olaraq təşkil edilən "Turizm Günü"ndə "Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü" keçirilir.

Day.Az xəbər verir ki, Dövlət Turizm Agentliyi və BMT Turizm Təşkilatının birgə təşkilatçılığı, BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə baş tutan tədbirdə 30-a yaxın ölkədən turizm nazirləri, turizm üzrə məsul qurumların yüksək səviyyəli rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

"Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü" turizmin milli iqlim strategiyalarına daha səmərəli inteqrasiya edilməsi prosesinə dəstək verməyi hədəfləyir.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizmin iqlim dəyişikliyindən təsirlənərək, həm də iqlim dəyişikliyinə töhfə verən bir sahə kimi qlobal iqlim dəyişikliyi ilə mübarizdə xüsusi rola malik olduğunu bildirib.

O, görüşdə təqdim ediləcək "Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi"nin turizmin milli və qlobal iqlim strategiyalarına, həmçinin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə inteqrasiyası üçün yol xəritəsi olduğunu bildirərək, dövlətləri və maraqlı tərəfləri bəyannaməyə qoşulmağa çağırıb.

F.Nağıyev Azərbaycanın milli səviyyədə turizm sahəsində dayanıqlı təcrübələrin tətbiqində maraqlı olduğunu, dayanıqlı bir dünya üçün qlobal turizm sənayesinin əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.

COP29-un Prezidenti Muxtar Babayev çıxışında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tarixində ilk dəfə keçirilən tarixi tematik "Turizm Günü"nün turizmin qlobal iqlim gündəliyinə inteqrasiyası, Paris Sazişi və Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılması istiqamətində mühüm addım olduğunu qeyd edib.

"Turizm iqlim fəaliyyətində əhəmiyyətli rol oynamaq potensialına malikdir. Dayanıqlı təcrübələrin tətbiqi və innovativ texnologiyalardan istifadə etməklə turizm dayanıqlılıq, adaptasiya və mitiqasiya üçün bir modelə çevrilə bilər", - deyə o əlavə edib.

BMT Turizm Təşkilatının Baş Katibi Zurab Pololikaşvili qeyd edib ki, turizm ilk dəfə olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Fəaliyyət Proqramına daxil edilib və bu, sektor üçün əsas dönüş nöqtəsidir. Turizmin təkcə isiqtisadiyyatın bir parçası olmadığını, eyni zamanda bir sıra icmalar və xalqlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirən Zurab Pololikaşvili bu sektorun qlobal ümumdaxili məhsulun 3.4%-nə töhfə verdiyini diqqətə çatdırıb.

"Bununla belə, biz iqlim böhranı ilə üzləşərkən, turizm də həll yolu olmalıdır. Bakı Bəyannaməsi və Qlazqo Bəyannaməsi kimi təşəbbüsləri qəbul etməklə biz azkarbonlu və dayanıqlı gələcəyə gedən yolları formalaşdırırıq", - deyə o vurğulayıb.

Tədbirdə turizm sahəsində iqlim fəaliyyətinin təkmilləşdirilməsi üzrə COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə qlobal təşəbbüs kimi daxil edilmiş "Turizm üzrə Təkmilləşdirilmiş İqlim Təşəbbüsü" müzakirə edilir.

Təşəbbüsün əsas məqsədləri turizm sektorunda iqlim tədbirlərini genişləndirmək məqsədilə turizmin milli iqlim strategiyaları və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) yenilənməsində rolunun artırılması ilə siyasi yanaşmanın təkmilləşdirilməsini, milli turizm qurumları və təşkilatlarının iqlim fəaliyyətinə daha aktiv formada cəlb olunması ilə iqlim fəaliyyətinin təşviqini, turizmin ətraf mühitə təsirinin dəqiq ölçmə metodlarının tətbiqi ilə həyata keçirilməsi və bununla da elmi əsaslı ölçmələrin aparılmasını, turizmdə səmərəli iqlim təşəbbüsləri üçün qlobal əlaqələndirmə mexanizmlərinin təmin edilməsi ilə tərəfdaşlıqların genişləndirilməsini təmin etməkdir.

Tədbirin yekunu kimi hazırda 50-dən çox ölkə və 8 qeyri-dövlət aktorunun qoşulduğu "Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi" digər dövlətlərin də qoşulması üçün elan olunacaq.

Bakıda qəbul edilən "Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi" "Turizmdə İqlim Fəaliyyəti üzrə Qlazqo Bəyannaməsi"ndən əldə olunan uğurlara söykənərək turizm sektorunda iqlim tədbirlərini genişləndirmək məqsədilə sektorun milli və qlobal iqlim siyasətlərinə daha yaxşı inteqrasiya edilməsini əsas hədəf kimi müəyyənləşdirir.

Bundan əlavə, "Turizm Günü" çərçivəsində "Turizm Sektorunun İqlim Ambisiyasının Artırılması - öhdəliklərdən icraya (ölçü və dekarbonizasiya)", "Turizm Sektorunun İqlim Ambisiyasının Artırılması - öhdəliklərdən icraya (regenerasiya/adaptasiya və maliyyələşmə)", "Turizmdə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti: İnnovativ Həllər və İrəliyə doğru" mövzularında üç yüksək səviyyəli dəyirmi masa təşkil ediləcək və müxtəlif tematik təqdimatlar keçiriləcək.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Для получения более подробной информации и свежих новостей, следите за обновлениями на Icma.az.
seeПросмотров:144
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 20 Ноября 2024 11:21
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

В Масазыре при пожаре погибла пострадавшая в трагедии бакинского метро 1995 года

23 Января 2026 00:32see312

Дугин обвинил Чебурашку в развале СССР Minval Politika

22 Января 2026 19:41see220

Турция солидарна с Ираном

22 Января 2026 18:18see209

Шторм "Гарри" затопил побережье Мальты и юга Италии ВИДЕО

22 Января 2026 04:37see205

В Азербайджане в 2025 году выявлено почти 6,9 тыс. нарушений трудового законодательства

22 Января 2026 13:08see201

Определились 15 из 24 команд, которые точно сыграют в плей офф Лиги чемпионов

22 Января 2026 05:04see198

Погода в Казахстане: туман, усиление ветра, гололёд и сильные морозы

22 Января 2026 08:44see183

Битва соседей, Абшерон против DH Volley, Нефтчи сыграет с Азеррейлом

22 Января 2026 13:34see182

Посольство США о встрече Трампа с Алиевым

23 Января 2026 14:24see174

СМИ: Армия США недостаточно готова к операциям в Арктике

22 Января 2026 05:55see172

Баку и НАТО обсудили энергетическую безопасность и стратегическое сотрудничество Minval Politika

22 Января 2026 19:42see171

SOCAR вторглась в Африку наши подробности

23 Января 2026 04:37see160

Криминальная экономика Швеции превысила прежние оценки

22 Января 2026 19:40see158

Назван главный миф о вреде сахара

23 Января 2026 17:23see154

Жесткий месседж Узбекистана России: Я готов поставить голову Валуева на место Видео

23 Января 2026 13:59see154

Ганимат Захид против устава Трампа: миллиард, которого не было

22 Января 2026 19:41see153

Испытание Нефтчи, почти нулевые шансы и загадки на старте

23 Января 2026 11:30see148

Бывший муж Николь Кидман Кит Урбан переехал к новой девушке

22 Января 2026 06:47see145

Вашингтон дает зеленый свет аш Шараа

23 Января 2026 13:47see135

Жители Абшеронского района жалуются на дым и шум от завода

23 Января 2026 06:33see134
newsПоследние новости
Самые свежие и актуальные события дня