“Cultural Dinner” tədbirində Azərbaycan mətbəxi və mədəniyyəti təşviq olunub FOTO
Согласно сайту Day.az, передает Icma.az.
Avropa İttifaqının siyasi paytaxtı Brüsseldə Avropanın ən böyük tələbə şəbəkəsi olan Erasmus Student Network (ESN) tərəfindən təşkil edilən "Cultural Dinner" tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan tələbələrin milli mətbəxlərini və mədəniyyətlərini təqdim edərək tanıtmaq, beynəlxalq tələbə icması arasında mədəni mübadiləni gücləndirmək olub.
Müxtəlif ölkələrin mədəniyyətinin təqdim olunduğu tədbirdə Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi ilə Azərbaycan-Belçika Tələbə Assosiasiyası "İRS" da iştirak edib.
Azərbaycan-Belçika Tələbə Assosiasiyası "İRS" Azərbaycan mətbəxinin ləziz təamlarını və zəngin mədəniyyətini təqdim edib. Tədbirdə iştirak edən qonaqlara Azərbaycan milli yeməkləri təqdim olunub, ölkəmizin mədəniyyəti və kulinariya irsi haqqında ətraflı məlumat verilib.
Həmçinin, ziyarətçilərə Azərbaycanın ən qədim bayramlarından olan Novruz haqqında məlumat verilib, onun adət-ənənələri və ritualları izah edilib.
Tədbirin bədii hissəsində Azərbaycanın milli rəqsləri ifa olunub. Rəngarəng və coşqulu çıxışlar tədbir iştirakçılarının rəğbəti ilə qarşılanıb.
Другие новости на эту тему:
Просмотров:373
Эта новость заархивирована с источника 22 Марта 2025 14:15 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















