Dövlət Vergi Xidmətindən Card to cardla bağlı vətəndaşlara MÜRACİƏT VİDEO
Согласно материалам сайта Day.az, передает Icma.az.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Kartdan-karta" ("Card to card") pul köçürülməsi əməliyyatları ilə bağlı vətəndaşlara müraciət edib.
Day.Az xəbər verir ki, müraciətdə bildirilib ki, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminallar vasitəsilə deyil, "kartdan-karta" köçürmə yolu ilə aparılması həm qanunvericiliyin, həm də istehlakçıların hüquqlarının pozulması deməkdir.
Çünki belə hallarda istehlakçılara POS-terminaldan çıxarış və nəzarət-kassa aparatı çeki təqdim olunmur ki, bu da alıcının öz hüquqlarını tələb etmək, həmçinin, xərclənən məbləğin bir hissəsini "cashback" olaraq geri almaq imkanını məhdudlaşdırır. Eyni zamanda, mal, iş və ya xidmət əlavə dəyər vergisi ödəyicilərindən alınarkən istehlakçıların "ƏDV geri al" mexanizmindən istifadə hüququndan məhrum olmasına gətirib çıxarır.
Dövlət Vergi Xidməti bu qanun pozuntusunun vergidənyayınma məqsədi daşıdığını nəzərə çatdırmaqla, vətəndaşları pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişləri "kartdan-karta" köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə, sahibkarlara isə Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün POS-terminal vasitəsilə qəbul etməyə çağırır.
Другие новости на эту тему:
Просмотров:83
Эта новость заархивирована с источника 04 Ноября 2024 18:08 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















