“Ədiblər Azərbaycanda”, “Sənətkarlar Azərbaycanda” və “Azərbaycan ədəbiyyatı xaricdə” layihələri təsis ediləcək
Icma.az сообщает, что по информации сайта Day.az.
Azərbaycan ədəbi mühitini qlobal ədəbi mühitə uyğun inkişaf etdirmək, ədəbi əsərlərin yaradılması prosesinin nəşriyyat işi dəyər zəncirinə daxil edilməsini asanlaşdırmaq və tanınmış xarici ədiblərin təcrübəsindən yararlanmaq məqsədilə "Ədiblər Azərbaycanda" ("Writers in Residence in Azerbaijan") layihəsi təsis ediləcək.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məsələ Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nda öz əksini tapıb.
Həmçinin, Azərbaycan ədəbiyyatının, o cümlədən Azərbaycan elmi ədəbiyyatının tanıdılması, Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərinə, türk dillərinə və digər dillərə sistemli tərcüməsi və yayılması məqsədilə "Azərbaycan ədəbiyyatı xaricdə" ("Azerbaijani Literature Abroad") layihəsinin təsis ediləcək.
Bununla yanaşı, Azərbaycan incəsənətinin dünya incəsənəti ilə qarşılıqlı inkişafını təmin etmək və beynəlxalq mədəni mübadiləni genişləndirmək məqsədilə "Sənətkarlar Azərbaycanda" ("Artists in Azerbaijan") layihəsinin təsis ediləcək.
Другие новости на эту тему:
Просмотров:89
Эта новость заархивирована с источника 14 Января 2026 17:39 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















