Icma.az
close
up
AZ
Menu

Полиция в Азербайджане перешла на усиленный режим работы из за непогоды ФОТО

В Стамбуле произошло ДТП с участием автобуса есть пострадавшие

Президент Ирана заявил о фактической войне с США, Израилем и Европой

Россияне открыли драмтеатр в захваченном Мариуполе фото

Мир замер в ожидании

Туман над Покровском: Украина копит силы для контрштурма

США и Турция прижали к стенке Вучича? еще один вопрос

Фейк чат онлайн - зачем он нужен и где используется

Реал может бесплатно подписать полузащитника сборной Португалии

Добрый вечер, Флорида . Зеленский прибыл в США Minval Politika

Нефть падает, SOCAR откладывает планы в долгий ящик наш комментарий

Европейские лидеры проведут совещание после встречи Трампа с Зеленским

Россияне попали в Купянске в безнадежное окружение Minval Politika

Торино проиграл Кальяри , Влашич забил в четвертом матче подряд

Самые дорогие автомобили 2025 года: от ретро до современных суперкаров

Глава украинской разведки приоткрыл планы Кремля на следующий год

В салоне красоты Билясуварского района скончалась сотрудница

Песков: Путин и Трамп в самое ближайшее время проведут новый телефонный разговор

Путин: Наступление в Донбассе и Запорожской области идет по всей линии фронта

В Театре пантомимы состоялся показ спектакля Ромео и Джульетта

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin cəzalandırılmasına dair prokurorların təklifləri səsləndirilib

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin cəzalandırılmasına dair prokurorların təklifləri səsləndirilib

Icma.az информирует, ссылаясь на сайт Day.az.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 13-də davam etdirilib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorların ittiham çıxışı ilə davam etdirilib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli çıxış edərək təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar üzrə cinayət əməllərinin tövsifinə münasibət bildirib.

O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının suveren ərazilərinin işğal edildiyini, bununla da Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibə apardığını təsdiqləyib.

İttiham çıxışında göstərilib ki, Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzkar müharibə aktiv hərbi əməliyyatların aparılmadığı dövrdə belə faktiki olaraq dayandırılmayıb.

Təcavüzkar müharibənin gedişində Ermənistan silahlı qüvvələri atəşkəsi dəfələrlə pozmaqla Azərbaycan Respublikası ərazisində qanuni fəaliyyət göstərən onun Silahlı Qüvvələrinin üzvlərini, mülki şəxsləri, onların əmlaklarını, mülki təyinatlı dövlət obyektləri, dini, təhsil, elm, tibb obyektlərini, xəstə və yaralıların yerləşdiyi yerləri, habelə mühüm strateji əhəmiyyətə malik obyektləri, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəmərini hücum obyektinə çevirib.

Habelə bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən verilən işgəncələrin sistematik xarakter daşıması və geniş coğrafiyada yayılması işgəncənin tətbiqinin Ermənistan dövlətinin siyasətini əks etdirdiyini sübut edir.

Vurğulanıb ki, Cenevrə Konvensiyalarına I Əlavə Protokol "işğal edən dövlətin öz vətəndaşlarının bir hissəsini işğal etdiyi əraziyə köçürməsini" cinayət sayıb. Qeyd edilib ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Arayik Harutyunyan, Arkadi Qukasyan və Bako Sahakyan ifadələrində Azərbaycanın işğal altında olan bölgələrinə, xüsusən də Laçın rayonuna Ermənistandan əhalinin köçürüldüyünü təsdiqləyiblər.

Eyni zamanda, bu faktlar məhkəmə istintaqında tədqiq edilmiş məktublar, erməni mənbələrin məlumatları və internet informasiya ehtiyatında olan məlumatlara əsasən təsdiq olunub.

Vurğulanıb ki, Ermənistanın hərbi təcavüzü yalnız Azərbaycan Silahlı Qüvvələrinin üzvlərinə yönəlməyib, eyni zamanda, ən böyük şəhər və rayonlarından olan Gəncə, Bərdə, Ağcabədi, Yevlax, Mingəçevir, Zərdab, Kürdəmir, Qəbələ və sair kimi əraziləri hücum obyekti kimi müəyyənləşdirib.

Beləliklə də məhkəmədə tədqiq olunan sübutlarla təsdiq olunub ki, Ermənistan Azərbaycanın suveren ərazilərini işğal edib, Azərbaycana hərbi təcavüz zamanı, eləcə də ondan sonrakı dövrdə sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və çoxlu sayda digər xüsusilə ağır cinayətlər törədib.

Daha sonra Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov çıxış edərək təqsirləndirilən şəxslərin ittiham olunduqları hər bir cinayət əməlinə görə təyin edilməli cəzaya dair dövlət ittihamını müdafiə edən prokurorların təkliflərini səsləndirib.

Çıxış zamanı, həmçinin təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılması, irəli sürülmüş bəzi ittihamlarla müqayisədə təqsirləndirilən şəxslərin əməllərinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsi məhkəməyə təklif edilib.

Vurğulanıb ki, təqsirləndirilən Arkadi Qukasyanın, Bako Sahakyanın və Madat Babayanın ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmalarına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxslər 65 yaşına çatdıqları üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz.

Təklif olunub ki, Harutyunyan Arayik Vladimiri Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə hücum etmə, soyqırımı, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinməklə qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin və cəzasını həbsxanada çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan - 2023-cü il oktyabrın 3-dən hesablansın.

Mnatsakanyan Levon Henrixi ilə bağlı təklif edilib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə hücum etmə, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinməklə qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin və cəzasını həbsxanada çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan - 2023-cü il sentyabrın 29-dan hesablansın.

Təklif edilib ki, Manukyan David Azati Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə hücum etmə, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinməklə qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin və cəzasını həbsxanada çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan - 2023-cü il sentyabrın 27-dən hesablansın.

İşxanyan Davit Rubeni barəsində təklifdə qeyd olunub ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə hücum etmə, soyqırımı, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, dövlət xadiminin həyatına sui-qəsd, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinməklə qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin və cəzasını həbsxanada çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan 2023-cü il oktyabrın 3-dən hesablansın.

Babayan David Klimini barədə təklif edilib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinməklə qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin və cəzasını həbsxanada çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan - 2023-cü il sentyabrın 28-dən hesablansın.

Təklif olunub ki, Qukasyan (Ğukasyan) Arkadi Arşavir Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə hücum etmə, soyqırımı, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, dövlət xadiminin həyatına sui-qəsd, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinməklə qəti olaraq 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan - 2023-cü il oktyabrın 3-dən hesablansın.

Sahakyan Bako Sahaki barəsində təklif edilib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə hücum etmə, soyqırımı, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, dövlət xadiminin həyatına sui-qəsd, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinməklə qəti olaraq 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan - 2023-cü il oktyabrın 3-dən hesablansın.

Təklif olunub ki, Babayan Madat Arakeli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə hücum etmə, soyqırımı, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə, işgəncə, müharibə qanunlarını və adətlərini pozma, beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, dövlət xadiminin həyatına sui-qəsd, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinməklə qəti olaraq 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan - 2023-cü il sentyabrın 21-dən hesablansın.

Paşayan Melikset Vladimiri barəsində təklifdə qeyd olunub ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə, işgəncə, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinməklə qəti olaraq 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan - 2023-cü il sentyabrın 21-dən hesablansın.

Təklif edilib ki, Martirosyan Qarik Qriqori Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə, işgəncə, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinməklə qəti olaraq 19 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan - 2023-cü il sentyabrın 21-dən hesablansın.

Allahverdiyan Davit Nelsoniyə dair təklifdə göstərilib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məhv etmə, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinməklə qəti olaraq 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan - 2023-cü il sentyabrın 21-dən hesablansın.

Balayan Levon Romiki barəsə təklifdə bildirilib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məhv etmə, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə,terrorçuluq, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinməklə qəti olaraq 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan - 2023-cü il sentyabrın 21-dən hesablansın.

Təklif edilib ki, Beqlaryan Vasili İvani Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məcburi köçürmə, təqib, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinməklə qəti olaraq 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan - 2023-cü il sentyabrın 26-dan hesablansın.

Stepanyan Qurgen Homerosi barədə təklifdə deyilib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məhv etmə, əhalini məcburi köçürmə, təqib, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinməklə qəti olaraq 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan - 2023-cü il sentyabrın 21-dən hesablansın.

Təklif edildi ki, Qazaryan Erik Roberti Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məcburi köçürmə, təqib, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinməklə qəti olaraq 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan - 2023-cü il sentyabrın 27-dən hesablansın.

Bundan başqa, cinayət işi üzrə maddi sübutlar barədə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə qərar qəbul edilməsi məhkəmədən xahiş olunub.

Dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxslərin hər biri barəsində seçilmiş qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi məhkəmədən xahiş ediblər.

Bundan başqa, cinayət işi üzrə maddi sübutlar barədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə qərar qəbul edilməsi məhkəmədən xahiş olunub.

Məhkəmədə zərərçəkmişlərin nümayəndələri də təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamların bir ilə yaxın müddətdə davam edən məhkəmə istintaqında tədqiq olunan sübutlar, araşdırılmış materiallar, dindirilmiş şahid və zərərçəkmişlərin ifadələri, habelə ekspertiza rəyləri və digər dəlillərlə sübuta yetirildiyini bildiriblər.

Zərərçəkmişlərin nümayəndələr dövlət ittihamını müdafiə edən prokurorların cəzaya dair təklifləri ilə razı olduqlarını və buna uyğun hökm çıxarılmasını məhkəmə kollegiyasından xahiş ediblər.

Məhkəmə prosesi noyabrın 27-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkonyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməniəsilli təqsirləndirilən şəxs ittiham edilir.

Следите за обновлениями и свежими новостями на Icma.az, где мы продолжаем следить за ситуацией и публиковать самую актуальную информацию.
seeПросмотров:60
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 13 Ноября 2025 21:28
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Полиция в Азербайджане перешла на усиленный режим работы из за непогоды ФОТО

28 Декабря 2025 16:00see271

В Стамбуле произошло ДТП с участием автобуса есть пострадавшие

28 Декабря 2025 08:21see264

Президент Ирана заявил о фактической войне с США, Израилем и Европой

28 Декабря 2025 00:28see211

Россияне открыли драмтеатр в захваченном Мариуполе фото

29 Декабря 2025 00:48see205

Мир замер в ожидании

29 Декабря 2025 09:31see192

Туман над Покровском: Украина копит силы для контрштурма

27 Декабря 2025 23:54see179

США и Турция прижали к стенке Вучича? еще один вопрос

28 Декабря 2025 02:59see175

Фейк чат онлайн - зачем он нужен и где используется

28 Декабря 2025 09:08see167

Реал может бесплатно подписать полузащитника сборной Португалии

28 Декабря 2025 18:51see163

Добрый вечер, Флорида . Зеленский прибыл в США Minval Politika

28 Декабря 2025 07:05see162

Нефть падает, SOCAR откладывает планы в долгий ящик наш комментарий

28 Декабря 2025 03:29see157

Европейские лидеры проведут совещание после встречи Трампа с Зеленским

28 Декабря 2025 01:32see155

Россияне попали в Купянске в безнадежное окружение Minval Politika

28 Декабря 2025 13:47see155

Торино проиграл Кальяри , Влашич забил в четвертом матче подряд

27 Декабря 2025 20:17see149

Самые дорогие автомобили 2025 года: от ретро до современных суперкаров

29 Декабря 2025 09:46see148

Глава украинской разведки приоткрыл планы Кремля на следующий год

27 Декабря 2025 20:54see148

В салоне красоты Билясуварского района скончалась сотрудница

27 Декабря 2025 20:34see146

Песков: Путин и Трамп в самое ближайшее время проведут новый телефонный разговор

29 Декабря 2025 14:44see145

Путин: Наступление в Донбассе и Запорожской области идет по всей линии фронта

28 Декабря 2025 02:30see144

В Театре пантомимы состоялся показ спектакля Ромео и Джульетта

28 Декабря 2025 00:12see135
newsПоследние новости
Самые свежие и актуальные события дня