Farel bahalaşıb, digər növlər necədir? Balıq bazarından REPORTAJ FOTO
По материалам сайта Day.az, передает Icma.az.
Azərbaycanlıların qida rasionunda balığın xüsusi yeri var. Son dövrlər ət məhsullarının qiymətinin artması əhalinin balığa marağını daha da artırıb. Məhz buna görə də balıq bazarlarında qiymətlər cəmiyyət üçün hər zaman aktuallığını qoruyur.
Bu marağı nəzərə alaraq Dərnəgül ərazisində yerləşən balıq bazarına baş çəkdik. Axşam saatları olmasına baxmayaraq, bazarda alıcılıq qabiliyyəti normal səviyyədə idi. Satıcılarla söhbət etdik, piştaxtalardakı məhsulların qiymətləri ilə maraqlandıq.
Day.Az sizə Dərnəgül balıq bazarında müşahidə etdiyimiz cari qiymətləri təqdim edir:
Çupra (balaca) - 400-600 qram: 16 manat/kq
Çupra (iri) - 700-750 qram: 17 manat/kq
Levrek - 20 manat/kq
Farel (Nabran) - 14-15 manat/kq
Farel (İran) - 14-15 manat/kq
Farel (Norveç) - 30-32 manat/kq
Bütöv farel - 25-26 manat/kq
Qızılbalıq (Norveç) - 32 manat/kq
Bütöv qızılbalıq - 26-27 manat/kq
Beluqa (Mingəçevir) - 40-45 manat/kq
Sazan (dəniz) - 17 manat/kq
Karp - 3-5 manat/kq
Laçın fareli - 17-18 manat/kq
Çəki - 14-15 manat/kq
Xanı (Salyan) - 4 manat/kq
Kütüm - 20-21 manat/kq
İlanbalığı - 1 ədədi 5 manat
Qeyd edək ki, satıcıların sözlərinə görə bəzi növlərdə qiymətlər əvvəlki dövrlərlə müqayisədə bahalaşıb. Xüsusilə Farel 1-2 manat bahalaşıb. Satıcılar bildirirlər ki, ümumilikdə alıcılıq qabiliyyəti əvvəlkinə nisbətən artıb.
Elvin Səxavətoğlu
Day.Az
Другие новости на эту тему:
Просмотров:94
Эта новость заархивирована с источника 15 Января 2026 10:51 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















