Icma.az
close
up
AZ
Menu

Европа возвращается к нефти

Пакистанские силы безопасности ликвидировали 145 боевиков в Белуджистане

WSJ: КНР решила сменить тактику против Тайваня после увольнения ряда генералов

В Армению через Азербайджан отправлена новая партия зерна ФОТО

Начальник генштаба Индии посетил Армению

Трамп: сделка с Ираном будет приемлемой при его отказе от ядерного оружия

В Украине в результате атаки дрона погибли 12 шахтеров

Турция готова вывести войска из Сирии при трех условиях

NA: размеры Юпитера оказались меньше, чем ранее предполагалось

В Баку отец и сын избили вызванного на дом сотрудника Азеригаз

Проходит книжная выставка, посвященная 105 летию со дня рождения всемирно известного ученого Лютфи Заде

Польша и Германия объединяются для усиления экономики ЕС

Совбез Ирана о системе переговоров с США

Азербайджанский учёный Шовги Гусейнов освобождён в США

Русский след в деле Эпштейна

Команда Аширова стала чемпионом в Индии, а Байрамов выдал победную серию

LIVE: Нефтчи уходит в отрыв от НТД, Гянджа без проблем обыграла Шеки

Цинизм по Лаврову

У сведению водителей Завтра...

Венесуэла экспортировала первую партию сжиженного нефтяного газа

Fransa Milli Assambleyasının qətnaməsi: Neokolonial maraqların növbəti ifşası

Fransa Milli Assambleyasının qətnaməsi: Neokolonial maraqların növbəti ifşası

Icma.az, со ссылкой на сайт Day.az, информирует.

İyulun 22-də Fransa Milli Assambleyasında "Respublikaçılar" Partiyasının təşəbbüsü ilə irəli sürülən və anti-Azərbaycan məzmun daşıyan qətnamə bir daha göstərdi ki, Fransa rəsmi dairələri Cənubi Qafqaz regionunda sülh və əməkdaşlıq ideyasından çox, müstəmləkəçilik təfəkkürünün davamına üstünlük verir. Qətnamədə qondarma "Artsax" rejiminin legitimləşdirilməsinə cəhd, Azərbaycan əleyhinə saxta ittihamlar və Ermənistanın "sülhsevər" imicinin formalaşdırılması üçün uydurma tezislər yer alır. Bütün bunlar Fransanın nə dərəcədə qərəzli və qeyri-obyektiv yanaşma sərgilədiyini bir daha sübut edir.

Azərbaycanın haqq mübarizəsinə qarşı yönələn siyasi manipulyasiya

Əvvəlcə qeyd edək ki, qətnamə layihəsi Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye və müavini Aleksandr Marten tərəfindən təqdim olunub. Bu şəxslərin əvvəllər də qondarma rejimə dəstək verməsi, Azərbaycanın suverenliyini şübhə altına alması və COP29 kimi beynəlxalq tədbirlərə qarşı çıxış etməsi onların tamamilə birtərəfli və siyasi sifarişlə hərəkət etdiyini göstərir. Loran Vokyenin 2023-cü ildə qondarma rejimin "xarici işlər naziri" ilə görüşməsi, "blokada" nağılına əsaslanaraq kampaniyalar təşkil etməsi, həmçinin, Fransa erməni diasporu tərəfindən "Cəsarət" medalı ilə təltif olunması siyasi maraqların insan hüquqları pərdəsi altında gizlədildiyini təsdiqləyir.

Qətnamədə Azərbaycanın "erməni əhalisini məhv etmək" siyasəti yürütməsi kimi iftiralar yer alır. Əslində, bu ifadələr Ermənistanın işğalçılıq siyasətini pərdələmək və beynəlxalq hüquq normalarını pozaraq suveren bir dövlətin daxili işlərinə müdaxilə etmək cəhdindən başqa bir şey deyil. Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi antiterror tədbirləri nəticəsində heç bir mülki erməni vətəndaş hədəfə alınmayıb. Əksinə, Azərbaycan dövləti könüllü şəkildə bölgəni tərk etmiş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmasına hazır olduğunu dəfələrlə bəyan edib.

Saxta "siyasi məhbuslar" ritorikası

Qətnamədə Azərbaycanın saxladığı "erməni siyasi məhbusları"nın azad olunması tələb edilir. Halbuki bu şəxslər beynəlxalq hüquqla təsbit olunmuş hərbi cinayətlər, işgəncə, terrorçuluq, dinc əhaliyə qarşı zorakılıq kimi əməllərdə ittiham olunur və hazırda Azərbaycanın müstəqil məhkəmə sistemində şəffaf istintaq proseslərindən keçir. Azərbaycan hüquqi dövlət prinsipinə əsaslanaraq, bu şəxslərə bütün hüquqi təminatları təqdim edir. Onların "siyasi məhbus" kimi qələmə verilməsi isə məhkəmə sistemini gözdən salmaq, Azərbaycanın suveren hüquqlarını pozmaq deməkdir.

Eyni zamanda, bu məqamda Fransa dövlətinin ikili standartlarını xatırlatmaq yerinə düşər. Ölkənin daxilində illərlə davam edən sosial etirazlar zamanı həbs olunan şəxslər haqqında insan haqları təşkilatlarının apardığı araşdırmalar və Paris polisinin vəhşiliyi barədə faktlar gözardı edilir. Bu, Fransanın insan hüquqları müdafiəsi məsələsində necə riyakar davrandığını bir daha sübut edir.

Ermənistanın sülhsevər obrazı və reallıqlar

Qətnamədə Ermənistan "sülh tərəfdarı" kimi təqdim olunur. Əslində isə 30 ilədək müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxlayan və 1 milyonadək azərbaycanlını öz yurd-yuvasından didərgin salan Ermənistandır. Azərbaycan 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etdikdən sonra ilk olaraq tamhüquqlu sülh müqaviləsinə çağırış edib. Ermənistan isə bu çağırışlara qeyri-sabit, ziddiyyətli mövqe ilə cavab verərək sülh prosesini dəfələrlə pozub.

Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının geri qayıtmaq hüququna dair qətnamədə heç bir qeyd yer almaması, Ermənistanın törətdiyi etnik təmizləməyə göz yumulması Fransanın siyasi ikiüzlülüyünü bir daha üzə çıxarır.

Fransa: XXI əsrdə müstəmləkəçilik siyasətini davam etdirən dövlət

Fransa illərlə Afrika və digər regionlarda müstəmləkə siyasəti yürüdüb, bu gün isə neokolonial ambisiyalarını Cənubi Qafqazda Ermənistan vasitəsilə reallaşdırmağa çalışır. Ermənistanı öz "müstəmləkə"si kimi görən Paris hakimiyyəti ona silah yardımı göstərir, revanşist qüvvələri stimullaşdırır və bölgədəki sülh səylərinə zərbə vurur. Prezident Emmanuel Makronun Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbəni "şəxsi məğlubiyyət" kimi qəbul etməsi onun qərəzli siyasətinin əsas təməlini təşkil edir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yürüdülən qətiyyətli xarici siyasət nəticəsində Fransa bu gün Cənubi Qafqazda aparılan danışıqlar prosesindən tamamilə kənarda qalıb. Prezidenti İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən və Fransa tərəfinin iştirakı olmadan baş tutan görüş Parisin regiondakı nüfuzunun nə qədər azaldığını göstərir.

Azərbaycanın dekolonizasiya liderliyi və beynəlxalq nüfuzu

Azərbaycan bu gün yalnız regionun güclü dövləti kimi deyil, həm də beynəlxalq arenada kolonializmlə mübarizənin aparıcı qüvvəsi kimi çıxış edir. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan yeni müstəmləkə siyasətinə qarşı qlobal miqyasda səfərbərlik yaradıb. Prezident İlham Əliyevin Yeni Kaledoniyada dalğalanan Azərbaycan bayraqları fonunda Fransanın neokolonial siyasətini ifşa etməsi, Şuşada keçirilən Qlobal Media Forumunda bu məsələni bir daha gündəmə gətirməsi Azərbaycanın yalnız öz maraqlarını deyil, həm də bəşəri ədaləti müdafiə etdiyini göstərir.

Bu gün Fransa mətbuatı, parlamenti və yerli idarəetmə qurumlarında anti-Azərbaycan kampaniyasının vahid mərkəzdən idarə olunması şəksizdir. Paris meri An İdalqo, İl-de-Frans regionunun prezidenti Valeri Pekress və digər ermənipərəst siyasətçilər "humanitar maska" altında Azərbaycana qarşı sistemli təzyiq siyasəti yürüdürlər. Evian şəhərində Natəvanın heykəlinə qarşı edilən vandalizm aktına Fransa dövləti göz yumaraq "mədəni irs" kimi təqdim etdiyi dəyərlərin yalnız öz maraqlarına uyğun olduğunu nümayiş etdirib.

Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır

Fransa Milli Assambleyasının irəli sürdüyü qətnamə obyektivlikdən uzaq, birtərəfli və siyasi motivasiyalarla hazırlanan sənəddir. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və daxili işlərinə hörmət beynəlxalq hüququn əsas prinsiplərindəndir. Heç bir dövlət və ya parlament bu prinsipləri pozmaq hüququna malik deyil.

Azərbaycan regionda sülhün bərqərar olması üçün konkret və konstruktiv addımlar atmaqdadır. Azərbaycanın təməl mövqeyi - qarşılıqlı ərazi bütövlüyünün tanınması, zorakılığın rədd edilməsi və birgəyaşayış imkanlarının yaradılmasıdır. Fransa isə bu sülhə təhdid törədən tərəf rolunda çıxış edir.

Azərbaycan xalqı öz dövlətinin və liderinin arxasında birləşərək, bu kimi qərəzli kampaniyaları dəf etmək əzmindədir. Fransa özünün keçmiş müstəmləkə siyasətinin acı nəticələrindən dərs çıxarmalı, Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmət etməyi öyrənməlidir.

Не пропустите дальнейшие события, следите за актуальными новостями на Icma.az.
seeПросмотров:68
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 28 Июля 2025 18:09
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Европа возвращается к нефти

02 Февраля 2026 13:31see329

Пакистанские силы безопасности ликвидировали 145 боевиков в Белуджистане

01 Февраля 2026 23:31see208

WSJ: КНР решила сменить тактику против Тайваня после увольнения ряда генералов

01 Февраля 2026 20:53see206

В Армению через Азербайджан отправлена новая партия зерна ФОТО

01 Февраля 2026 15:47see183

Начальник генштаба Индии посетил Армению

01 Февраля 2026 21:49see178

Трамп: сделка с Ираном будет приемлемой при его отказе от ядерного оружия

01 Февраля 2026 08:05see166

В Украине в результате атаки дрона погибли 12 шахтеров

01 Февраля 2026 20:21see163

Турция готова вывести войска из Сирии при трех условиях

01 Февраля 2026 20:55see158

NA: размеры Юпитера оказались меньше, чем ранее предполагалось

03 Февраля 2026 00:01see155

В Баку отец и сын избили вызванного на дом сотрудника Азеригаз

02 Февраля 2026 00:02see147

Проходит книжная выставка, посвященная 105 летию со дня рождения всемирно известного ученого Лютфи Заде

02 Февраля 2026 20:39see146

Польша и Германия объединяются для усиления экономики ЕС

02 Февраля 2026 18:12see146

Совбез Ирана о системе переговоров с США

01 Февраля 2026 06:07see146

Азербайджанский учёный Шовги Гусейнов освобождён в США

01 Февраля 2026 20:54see142

Русский след в деле Эпштейна

01 Февраля 2026 15:12see141

Команда Аширова стала чемпионом в Индии, а Байрамов выдал победную серию

01 Февраля 2026 22:23see139

LIVE: Нефтчи уходит в отрыв от НТД, Гянджа без проблем обыграла Шеки

01 Февраля 2026 19:43see137

Цинизм по Лаврову

01 Февраля 2026 15:31see137

У сведению водителей Завтра...

01 Февраля 2026 16:53see136

Венесуэла экспортировала первую партию сжиженного нефтяного газа

02 Февраля 2026 06:09see135
newsПоследние новости
Самые свежие и актуальные события дня