Icma.az
close
up
AZ
Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva sərginin açılışında iştirak ediblər FOTO

Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva sərginin açılışında iştirak ediblər FOTO

Dənizkənarı Milli Parkda "Zamanın səsini dinlə" fotosərgisinin açılışı olub.

Sərginin məqsədi müdriklik, təcrübə ilə dolu həyat dövrünü nümayiş etdirməkdir. Burada təqdim olunan fotolarda ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin simaları əks olunub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı keçirilən fotosərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Fotosərgi ilə tanış olan Leyla Əliyeva və Arzu Əliyeva ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ilə həmsöhbət olub, onların qayğıları ilə maraqlanıb və xatirə şəkilləri çəkdiriblər.

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin 78 yaşlı sakini Validə Həsənova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, öz şəklini görəndə çox fərqli hisslər keçirib. "Heydər Əliyev Fondu bizə şərait yaratdı ki, özümüzü kənardan görək. Müəssisənin həyətində milli geyimdə çəkdirdiyim şəkil çox xoşuma gəldi. Bizə diqqət və qayğı göstərdikləri üçün Heydər Əliyev Fonduna minnətdaram. Sağ olsunlar ki, bizi yaddan çıxarmırlar".

Müəssisənin digər sakini - 77 yaşlı Hüseyn Ələkbərov onlara ahıllar evində yaradılan şəraitdən məmnunluğunu ifadə edib. H.Ələkbərov ahılların hər zaman Heydər Əliyev Fondunun qayğısını hiss etdiklərini, fotosərginin də həmin diqqətin başqa bir növü kimi onlarda xoş təəssürat yaratdığını qeyd edib.

"Zamanın səsini dinlə" fotosərgisi şəhər sakinlərinin də marağına səbəb olub.

Kameranın obyektivi bizə yalnız simaları təqdim etmir, həm də gözlərdə, üz cizgilərində və baxışlarda həkk olunmuş hissləri, emosiyaları çatdırır. Hər bir fotoşəkil müasir dünyanın səs-küylü təlaşı arasında itən zamanın sədasını eşitmək imkanı yaradır.

Sərgi mövzu qəhrəmanlarının istiqanlılığından və iradələrinin möhkəmliyindən ilhamlanıb. Bu insanların xatirələri keçmişə aparan bir körpüdür. Çünki onların əksəriyyəti ölkəmizin çətin və keşməkeşli dövrlərində yaşamış, indiki dünyamızı formalaşdıran mühüm hadisələrin şahidləri və iştirakçıları olublar.

"Zamanın səsini dinlə" sərgisi ahıl insanlara hörmətin, diqqətin və qayğının nə qədər vacib olduğunu düşünməyə çağırır. Çünki bu qayğı onların ömrünü uzadır, həyatlarını daha da işıqlı və gözəl edir.

seeПросмотров:88
embedИсточник:https://news.day.az
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

В Баку проводится мониторинг выбросов дыма сталелитейного завода Новости Азербайджана

08 Января 2025 17:45see148

Зурабишвили стала стипендиатом Киссинджера в США

08 Января 2025 18:11see142

Маск Трюдо: Девочка, ты больше не губернатор Канады… Новости

08 Января 2025 12:35see141

Пропагандист Тигран Кеосаян впал в кому

09 Января 2025 00:58see137

Аудитория кыргызского портала ознакомилась с интервью Ильхама Алиева

08 Января 2025 20:24see137

Еврокомиссия оценила риски китайского метапневмовируса Новости Азербайджана

08 Января 2025 17:36see132

Президент Мексики предложила переименовать США в Мексиканскую Америку

09 Января 2025 03:21see129

Завтра завершается уточнение списков избирателей в воинских частях и СИЗО Новости Азербайджана

08 Января 2025 11:54see129

Иран и Ирак разделяют обеспокоенность по поводу Сирии

08 Января 2025 17:55see122

В ЮАР арестовали внука Нельсона Манделы Новости Азербайджана

09 Января 2025 03:01see122
newsПоследние новости
Самые свежие и актуальные события дня