Icma.az
close
up
AZ
Menu

В Масазыре при пожаре погибла пострадавшая в трагедии бакинского метро 1995 года

Посольство США о встрече Трампа с Алиевым

Робби Уильямс установил рекорд по числу хитов в Великобритании

Испытание Нефтчи, почти нулевые шансы и загадки на старте

Губернатор: На Аляске опрокинулась одна из крупнейших буровых установок в Северной Америке

Мерц: Германия готова поддержать Совет мира Трампа, но не в нынешнем виде

Вашингтон дает зеленый свет аш Шараа

Назван главный миф о вреде сахара

Жесткий месседж Узбекистана России: Я готов поставить голову Валуева на место Видео

Руфат Абдуллазаде оценил свой дебют в матче с Нефтчи

SOCAR вторглась в Африку наши подробности

Жители Абшеронского района жалуются на дым и шум от завода

Трамп пугает Канаду Китаем

Мехрибан Алиева поделилась публикацией о встрече Президента Ильхама Алиева с Дональдом Трампом ФОТО

Сознавшийся в трех убийствах экс полковник МВД из Петербурга отправился на СВО

Ушаков: Обсуждение взноса РФ в Совет мира продолжится двусторонней группой

США объявили новые санкции против иранского теневого флота

Реал возглавил рейтинг клубов с самым высоким доходом

Урсула фон дер Ляйен обиделась на критику Зеленского Minval Politika

Какова ситуация с Azeri Light на мировых рынках?

Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb FOTO VIDEO

Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb FOTO VIDEO

Как передает Icma.az, со ссылкой на сайт Day.az.

Noyabrın 14-də Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunmasına çağırış edən MAMA "Ana təbiət" (Mother Nature) beynəlxalq incəsənət layihəsi və "Öz töhfəni ver!" (Participate!) sərgisinin açılış mərasimi keçirilib.

Day.Az xəbər verir ki, sərgilərin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ailə üzvləri iştirak ediblər.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində fəaliyyətə başlayan MAMA "Ana təbiət" beynəlxalq incəsənət layihəsinin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Layihə çərçivəsində nümayiş olunan ekspozisiya "IDEA" (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə təqdim edilir.

Ətraf mühitin mühafizəsi mövzusunda açılan "Öz töhfəni ver!" sərgisi isə Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya və "IDEA" İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın birgə təşəbbüsü ilə Heydər Əliyev Mərkəzi və İsveçrə Qadın və Gücləndirmə Assosiasiyası (Association of Swiss Women & Empowerment) tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva nümayiş olunan əsərlərin izləyicilərə müsbət enerji verəcəyinə ümidvar olduğunu bildirib. O, sərginin ərsəyə gəlməsində iştirak edən hər kəsə təşəkkürlərini çatdırıb.

Leyla Əliyeva ölkəmizin ev sahibliyi etdiyi COP29-da Azərbaycanda aparılan işlər nəticəsində bir çox müsbət nəticələrin əldə olunacağına inamını ifadə edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti son dövrlərdə planetimizdə iqlim dəyişiklikliyi nəticəsində meydana gələn problemlərdən bəhs edib, hava, torpaq, suyun çirklənməsinin bir sıra mənfi təsirlərindən danışıb. Leyla Əliyeva iqlim dəyişikliyi və çirklənmə məsələsinin, həmçinin Azərbaycanın ekosisteminə ciddi təsir göstərdiyini bildirib, mövcud problemlərin həllinə çox nikbinliklə və kreativ üslubda yanaşıldığını diqqətə çatdırıb. O, 2011-ci ildə təsis edilmiş "IDEA" İctimai Birliyinin fəaliyyətinin məhz ətraf mühit problemlərinin həllinə yönəldiyini də qeyd edib.

Sonra çıxış edən türkiyəli rəssam Seval Özcan möhtəşəm beynəlxalq sərginin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlığını bildirib. Diqqətə çatdırılıb ki, təbiətin insanlara deyil, insanların təbiətə ehtiyacı var və dünyamız bu gün böyük təhlükə altındadır. S.Özcan bu cür çətinliklərin olduğu bir dövrdə Bakıda iqlim dəyişikliyi ilə bağlı təşkil edilən tədbirlərin çox əhəmiyyətli olduğunu vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya tədbir iştirakçılarına videomüraciətində iqlim dəyişmələrinin qarşısını almaq və daha yaşıl dünyaya nail olmaq məqsədilə göstərdiyi qlobal səylərə, iki layihənin ərsəyə gəlməsinə görə Leyla Əliyevanın rəhbərliyi ilə "IDEA" İctimai Birliyinə, həmçinin Heydər Əliyev Fonduna və İsveçrə Qadın və Gücləndirmə Assosiasiyasına təşəkkürünü bildirib.

"Bu iki sərgi "Gələcək Naminə Pakt"da əks olunmuş üzv dövlətlərin öhdəliyi, COP29 müzakirələrin əsas mövzusunu təşkil edəcək işlər ilə həmahəngdir. Həmçinin bu sərgilər qəlbimə xüsusən bağlıdır, çünki onlar incəsənət, texnologiya və ətraf mühit öhdəliyinin kəsişən məqamlarını əks etdirir. Bizi düşündürən bu cür işlər laqeydliyin fəsadlarını xatırladır və hər tamaşaçını planetimizdə carçı rolunda düşünməyə vadar edir. Həmin sərgilər bizi hərəkətə səsləyir və hamımızı seçimlərimizin təsiri, eləcə də gələcək nəsillərə hansı mirası qoyacağımız barədə düşündürür", - deyə Tatyana Valovaya videomüraciətində qeyd edib.

Sonra qonaqlar MAMA "Ana təbiət" və "Öz töhfəni ver!" sərgilərinə baxış keçiriblər.

Sərgi ilə tanış olan qonaqlar öz təəssüratlarını AZƏRTAC-la bölüşüblər. İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquru (Caqqi Vasudev) dünyamıza və xüsusilə incəsənətə qayğının mütləq olduğunu bildirib. Onun sözlərinə görə, incəsənətə qayğının ən gözəl ifadəsində sənət, musiqi də istifadə edilməlidir. Əks halda, insanların ruhuna toxuna bilmərik.

Rəssam Kamran Məmmədov sərgidə nümayiş etdirilən əsərində peşəsindən asılı olmayaraq, hər kəsin planetimizə, təbiətimizə qayğı göstərməyin əhəmiyyətinə diqqət cəlb etdiyini deyib.

Heykəltaraş Ömər Heydərov isə sərginin çoxşaxəli olduğunu, bütün növ sənət nümunələrini əhatə etdiyini deyib. O, sərgidə həm təbiətin gözəlliyinin nümayiş olunduğunu, həm də onu qorumaq üçün çağırışların edildiyini diqqətə çatdırıb.

MAMA "Ana təbiət" beynəlxalq incəsənət layihəsi Azərbaycan da daxil olmaqla, 28 ölkədən - ABŞ, Almaniya, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Gürcüstan, Hindistan, İspaniya, İsrail, Latviya, Pakistan, Rusiya, Türkiyə, Ukrayna və digərlərindən 55 fərqli sənətkarı bir araya gətirərək incəsənət vasitəsilə planetimizi gələcək nəsillər üçün qorumağa çağırır. Fərqli ölkə və millətlərdən olan müəlliflər əsərləri ilə iqlim dəyişikliyi mövzusunda insanların şüuruna təsir göstərməyə cəhd edirlər.

Ekspozisiyada rəqəmsal instalyasiya, rəsm, qrafika və heykəltaraşlıq nümunələri daxil olmaqla, ümumilikdə 127 əsər təqdim olunur.

"Öz töhfəni ver!" sərgisi isə ətraf mühitin mühafizəsi, ekoloji maarifləndirmə və ekomədəniyyətin təbliğinə həsr olunub. Layihə insanların ekoloji maarifləndirilməsini artırmağa, uşaq və yeniyetmələri ekoloji gündəliyə cəlb etməyə, onların ekoaktivliyini populyar formatlarda dəstəkləməyə hədəflənib.

Sərgi üç hissədən ibarətdir. "Əvvəllər belə idi. Bundan sonra nə olacaq?" adlı birinci hissədə XIX-XX əsrlərin bir sıra görkəmli rəssamlarının müxtəlif qitələrin mənzərələrini əks etdirən əsərləri və süni intellekt texnologiyasının imkanları ilə həmin mənzərələrin qlobal istiləşmə nəticəsində necə dəyişəcəyi göstərilir. Burada Klod Monenin "Su zanbağı gölməçəsi", Pol Sezanın "Sent-Viktuar dağı", Albert Birştadın "Syerra-Nevada arasında, Kaliforniya" və digər müəlliflərin əsərlərindəki mənzərənin ətraf mühitə mənfi təsirlərin nəticəsində hansı dəyişikliklərə uğrayacağı təsvir edilir. Tamaşaçıya "Qlobal istiləşmənin qarşısı alınmazsa, həmin mənzərələr nə hala düşəcək? Növbəti nəsillər onları görə biləcəkmi?" sualları ünvanlanır.

Sərginin ikinci hissəsi "17 dayanıqlı inkişaf məqsədi" adlanır. Burada 2015-ci il sentyabrın 25-də 193 ölkənin iştirakı ilə BMT Baş Assambleyası tərəfindən qəbul edilən və "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik" adlı sənədə daxil olan davamlı inkişafın hər üç komponenti - iqtisadi, sosial və ekoloji tarazlığın təmini nümayiş etdirilir.

Ekspozisiyanın "Öz töhfəni ver!" adlı üçüncü hissəsi isə insanları səyləri birləşdirərək təbiətin qorunmasında iştiraka səsləyir. Ziyarətçilər ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində maraqlı, qeyri-standart, yaradıcı ideya və təşəbbüslərini bədii şəkildə, əlvan boyalarla təsvir etmək imkanı qazanır. Layihə təşkilatçıları insanları tərəddüd etmədən ətraf mühitin qorunması, planetimizin xilası naminə hərəkətə keçməyə çağırır.

Xatırladaq ki, sərgi Azərbaycan ilə BMT arasında əməkdaşlıq çərçivəsində reallaşdırılan ilk layihə deyil. 2022-ci ilin iyununda BMT-nin Cenevrədəki bölməsində "Mənim dənizlərim, mənim okeanlarım"(My Seas, My Oceans) fotosərgisi, 2022-ci ilin oktyabrında Bakıda Heydər Əliyev Mərkəzində "Çağırışın 17 siması" ("17 Faces of Action") fotosərgisi təşkil edilib.

Следите за обновлениями и свежими новостями на Icma.az, где мы продолжаем следить за ситуацией и публиковать самую актуальную информацию.
seeПросмотров:109
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 15 Ноября 2024 10:22
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

В Масазыре при пожаре погибла пострадавшая в трагедии бакинского метро 1995 года

23 Января 2026 00:32see891

Посольство США о встрече Трампа с Алиевым

23 Января 2026 14:24see217

Робби Уильямс установил рекорд по числу хитов в Великобритании

24 Января 2026 14:15see205

Испытание Нефтчи, почти нулевые шансы и загадки на старте

23 Января 2026 11:30see203

Губернатор: На Аляске опрокинулась одна из крупнейших буровых установок в Северной Америке

24 Января 2026 13:07see201

Мерц: Германия готова поддержать Совет мира Трампа, но не в нынешнем виде

23 Января 2026 20:38see197

Вашингтон дает зеленый свет аш Шараа

23 Января 2026 13:47see194

Назван главный миф о вреде сахара

23 Января 2026 17:23see194

Жесткий месседж Узбекистана России: Я готов поставить голову Валуева на место Видео

23 Января 2026 13:59see186

Руфат Абдуллазаде оценил свой дебют в матче с Нефтчи

24 Января 2026 13:58see180

SOCAR вторглась в Африку наши подробности

23 Января 2026 04:37see177

Жители Абшеронского района жалуются на дым и шум от завода

23 Января 2026 06:33see154

Трамп пугает Канаду Китаем

24 Января 2026 01:47see153

Мехрибан Алиева поделилась публикацией о встрече Президента Ильхама Алиева с Дональдом Трампом ФОТО

23 Января 2026 00:24see152

Сознавшийся в трех убийствах экс полковник МВД из Петербурга отправился на СВО

23 Января 2026 07:48see152

Ушаков: Обсуждение взноса РФ в Совет мира продолжится двусторонней группой

23 Января 2026 07:09see148

США объявили новые санкции против иранского теневого флота

23 Января 2026 21:14see140

Реал возглавил рейтинг клубов с самым высоким доходом

23 Января 2026 05:55see136

Урсула фон дер Ляйен обиделась на критику Зеленского Minval Politika

23 Января 2026 21:10see134

Какова ситуация с Azeri Light на мировых рынках?

23 Января 2026 12:27see133
newsПоследние новости
Самые свежие и актуальные события дня