“İçərişəhər” ərazisində avtomobili sürətlə sürən şəxsin əraziyə girişi qadağan edilib
Icma.az информирует, ссылаясь на сайт Day.az.
Sosial şəbəkələrdə yayılan, "İçərişəhər" ərazisində qeydə alınan məsuliyyətsiz sürücülük davranışı ilə bağlı görüntülər dərhal "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzarətinə götürülüb.
Bu barədə Day.Az-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
"İctimai narahatlıq doğuran bu məsələ ilə bağlı operativ reaksiya göstərilib, hadisənin bütün detalları araşdırılıb və qeyd olunan sürücünün İçərişəhər ərazisinə girişinə qadağa qoyulub. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi olaraq bildirmək istəyirik ki, ərazidə piyadaların, xüsusən də uşaqların təhlükəsizliyi bizim üçün prioritet məsələdir. Qoruq ərazisində təhlükəsizlik qaydalarına əməl etməyən, ictimai qaydanı pozan və mədəni davranış sərgiləməyən heç bir şəxsə güzəşt edilməyəcək. Vətəndaşlarımızdan xahiş edirik ki, bu cür hallarla rastlaşdıqda aidiyyəti qurumlara və ya rəsmi səhifələrimizə məlumat versinlər", - İdarədən bildirilib.
Другие новости на эту тему:
Просмотров:319
Эта новость заархивирована с источника 29 Апреля 2025 12:56 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















